Məhkəmə qərarları › İş №3(061)-315/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(061)-315/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(061)-315/2025 24.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Tərtər Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğlu Tərtər rayon sakini X2 Tərtər rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayətini Tərtər Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Tərtər rayon sakini X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Tərtər rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, şikayətin məzmunundan görünür ki, X3 barəsində Tərtər rayon Polis Şöbəsinin DYPB tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında ona 400 manat cərimə yazılmış, cəriməni ödəmədiyi üçün isə 240 maanat dəbbə pulu hesablanmış, cərimənin və hesablanmış dəbbə pulunun ödənilməsi barədə ona bildiriş göndərilmişdir. Cərimənin və hesablanmış dəbbə pulunun ödənilməsi barədə ona bildiriş göndərilsə də ödənişi təmin etmədiyi üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. X1 xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokolla razılaşmayaraq həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermə nəzərdə tutulmuşdur. Göründüyü kimi inzibati xəta haqqında protokolların məhkəmə icraatı qaydasında ləğvi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən yalnız inzibati xəta haqqında qərardan şikayət məhkəmə araşdırmasının predmeti ola bilər. X3 isə xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokoldan şikayət vermişdir Məhkəmə şikayətin məzmunu öyrənib, yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, qanunvericilikdə inzibati xəta haqqında protokolların məhkəmə icraatı qaydasında ləğvi nəzərdə tutulmadığından X3 tərəfindən verilən şikayətin məhkəmə icraatı mümkün deyildir. Ona görə də şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 137.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Tərtər rayon sakini X2 Tərtər rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24771622 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar