Məhkəmə qərarları › İş №3(061)-319/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-319/2025

26.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-319/2025 26.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs Şəxs İnzibati xəta törətmiş şəxs X1 iştirakı ilə, xx.xx.2000-ci ildə ildə Tərtər rayonunun anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər şəhərində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə X4 barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında prorokol və ona əlavə edilmiş materiallara 26 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində X2 nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 izahatında bildirmişdir ki, Tərtər şəhər sakimi Şəfiqə Bayramova ərizə ilə Tərtər rayon Polis Şöbəsinə müraciət edərək əvvəllər qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Həmin ərizə araşdırılması üçün onun icratına daxil olmuşdur. Araşdırma apararaq həm Şəfiqə Bayramovanın, həm də Şəxs izahatlarını almışdır. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğu üçün barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, protokolla razılaşmış və heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər şəhəri Elman Səfərov küçəsində yaşayır. X4 ilə 8-9 ay birlikdə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Şəfiqə nisyə mal almış, lakin həmin malların pulunu ödəməmiş, mal sahibləri də onu yığıb pulunu istəmişlər. Ona görə də Şəfiqəyə xəbərdarlıq etsə də, Şəfiqə borcunu ödəməmiş, buna görə də xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində onu nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda etdiyi hərəkətlərindən peşmandır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs ilə 8-9 ay birlikdə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Fərruxun ona 3300 manat borcu olduğu üçün ondan borcunu istəmişdir. Bu səbəbdən Rərrux Həsənov xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində onu nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Fərruxdan şikayətçidir. Onunla barışmır və cəzalandırılmasını xahiş edir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Sənan Kazımov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində X3 nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. İşdə olan inzibati xəta törətmiş Şəxs Tərtər rayon Polis Şöbəsində verdiyi yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Sənan Kazımovun, inzibati xəta törətmiş şəxs şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsində X2 nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə proses iştirkçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar