Məhkəmə qərarları › İş №3(061)-322/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-322/2025

26.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-322/2025 26.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 Zərərçəkmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Tikinti-materialları mağazasında fəhlə işləyən, Tərtər rayonunun Seydimli kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında prorokol və ona əlavə edilmiş materiallara 26 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsiundən daxil olmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Tərtər SMSİİ-nin ərazisində X4 qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Tərtər şəhər çakini X7 ərizə ilə Tərtər rayon prokurorluğuna müraciət edərək, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Tərtər SMSİİ-nin ərazisində onu söyüb təhqir etdiyini bildirmişdir. Həmin ərizə araşdırılması üçün aidiyyəti üzrə Tərtər rayon Polis Şöbəsinə göndərilmiş və onun icratına daxil olmuşdur. Araşdırma apararaq həm Arif Paşayevin, həm də Şəxs izahatlarını almışdır. Şəxs törətdiyi inzibati xətanı etiraf etmiş və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğu üçün barəsində xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib eetmişdir. İnzibati xəta törətmiş şəxs Şəxshəmin protokolla tanış olmuş, protokolla razılaşmış və heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, əvvəllər Tərtər SMSİİ-də gözətçi işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində sonradan adını bildiyi X9 SMSİİ-nin ərazisinə daxil olmaq və çəkliş aparmaq istədiyi üçün onu əraziyə buraxmamış və nəticədə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Arif Paşayevi söyüb təhqir etmişdir. Ona görə də Arif Paşayev ondan şikayət etmişdir. Hazırda səhv etdiyini başa düşür. Etdiyi hərəkətlərindən peşimandır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər SMSİİ-nin rəisi Murad Zeynalovun qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə paylaşımlar edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində Tərtər SMSİİ-nin ərazisində baş verən qanunsuzluqlarla bağlı uzaqdan çəkliş etmiş, yaxından çəkliş edə bilməsi üçün əraziyə daxil olmaq istədikdə gözətçi işləyən - hazırkı inzibati xəta törətmiş şəxs Şəxs onu əraziyə buraxmamışdır. Nəticədə aralarında sözlü mübahisə yaranmış və mübahisə zamanı Eqldar Məmmədov onu söyüb təhqir etmişdir. Ona görə də ondan şikayət etmişdir. X6 bağışlamışdır. Ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Tərtər SMSİİnin ərazisində X4 qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İşdə olan inzibati xəta törətmiş Şəxs Tərtər rayon Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. İşdə olan X7 tərəfindən məhkəməyyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Eqldar Məmmədovu bağışladığını və ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxs şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Tərtər SMSİİ-nin ərazisində X4 qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, hərəkətindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində də Şəxs müsbət fərdipsixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə inzibati tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar