Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-323/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər RPŞ-in Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 442.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 20 aprel 2025-ci il tarixdə saat 09:37-də idarə etdiyi QAZ 2410 minik markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Tərtər RPŞ-in Yol patrul xidmətinin inspektoru polis baş serjantı X1 izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsədə o cümlədəın SMS xəbərdarlığı AZEMİS vasitəsi ilə göndərilməsi çatdırılsa da məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Tərtər RPŞ-in Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 izahatında göstərmişdir ki, Şəxs 20 aprel 2025-ci il tarixdə saat 09:37-də idarə etdiyi QAZ 2410 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati qaydada protokol tərtib olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə aid olan Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə protokol tərtib edildiyindən qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 20 aprel 2025-ci il tarixdə saat 09:37-də idarə etdiyi QAZ 2410 minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 342.9-cu maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etdiyindən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-323/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-323/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver