Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-324/2025 30.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 may 2024-cü il tarixdə saat 09 radələrində sürücülük hüququ olmadan və sərxoş olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bərdə-Goranboy avtomagistral yolunun Tərtər şəhəri H.Əliyev prospekti ərazisindən keçən hissəsində işıqforun yaşıl işığı yandıqdan sonra Goranboy rayonu istiqamətində sola doğru manevr edərək Bərdə rayonu istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Priora 2171” markalı **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına çıxmış və sözügedən hər iki avtomobil toqquşmuş nəticədə ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati material üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs rəsmi qaydada məlumat verilsə dəheç bir üzürlü səbəb olmadan məhkəm iclasın gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 17 may 2024-cü il tarixdə saat 09 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bərdə-Goranboy avtomagistral yolunun Tərtər şəhəri H.Əliyev prospekti ərazisindən keçən hissəsində işıqforun yaşıl işığı yandıqdan sonra Goranboy rayonu istiqamətində sola doğru manevr edərək Bərdə rayonu istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Priora 2171” markalı **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına çıxmış və sözügedən hər iki avtomobil toqquşmuş nəticədə ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları avtomobilləri Tərtər RPŞ-in duracağına yerləşdirmişlər. Avtomobli idarə edərkən sürücülük hüququ və digər sənədləri olmamışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, 17 may 2024-cü il tarixdə saat 09 radələrində sürücülük hüququ olmadan və sərxoş olmadan idarə etdiyi “VAZ 21074” markalı, **- BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bərdə-Goranboy avtomagistral yolunun Tərtər şəhəri H.Əliyev prospekti ərazisindən keçən hissəsində işıqforun yaşıl işığı yandıqdan sonra Goranboy rayonu istiqamətində sola doğru manevr edərək Bərdə rayonu istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Priora 2171” markalı **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına çıxmış və sözügedən hər iki avtomobil toqquşmuş nəticədə ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. “VAZ 21074” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs Sətdar oğlu avtomobili sürücülük vəsiqəsi olmadan və sərxoş olmadan idarə etmişdir. Avtomobil saz vəziyyətdə yüksüz olmuş, onun hərəkətinə bağqa nəqliyyat vasitələri maneəçilik törətməmişdir. Avtomobildə iki nəfər sərnişin olmuşdur. “Priora 2171” markalı **-KP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili sürücülük hüququ olmaqla və sərxoş olmadan idarə etmişdir. Avtomobil saz vəziyyətdə, yüksüz olmuş, onun hərəkətinə başqa nəqliyyat vasitələri maneəçilik törətməmişdir. Avtomobildə sərnişin olmamışdır. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğu üçün Şəxs barəsində həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Tərtər RPŞ-in DYPB-yə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəlləninn 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 500(beş yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-324/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-324/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver