Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-330/2025 20.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 398–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, X3 xx.xx.2025-ci il tarixdə saat 14:05 radələrində Şəxs məxsus (VÖEN **********) Tərtər şəhəri H.Əliyev prospektində yerləşən baytarlıq aptekində xüsusi razılıq (lisenziya) olmadan baytarlıq məmulatlarının satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Onun barəsində protokol tərtib olunmuş, müəyyən edilmişdir ki, Şəxs 200 manat gəlir əldə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Şəxs əməli özünün etiraf edici ifadəsi, barəsində tərtib olunmuş protokol və protokola əlavə olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən Tərtər şəhəri H.Əliyev prospektində yerləşən baytarlıq aptekində xüsusi razılıq (lisenziya) olmadan baytarlıq məmulatlarının satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Onun barəsində protokol tərtib olunmuşdur. Hazırda onun barəsində yazılmış protokol üzrə cərimə məbləğini tam şəkildə dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən Şəxs izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası Mərkəzi X1 görünür ki, Şəxs dövlət büdcəsinə 200 manat ödəniş etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində protokol tərtib edildikdən protokol əsasında qeyd olunan məbləği tam şəkildə dövlət büdcəsinə ödəniş etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- [228] inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin qeyd hissəsində :
1. Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411-413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.[229]
2. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Kamil Rzayev