Məhkəmə qərarları › İş №3(061)-334/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-334/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-334/2025 19.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala 19 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Alimentin vaxtı-vaxtında ödənilməsi təmin edilməmiş, nəticədə borclunun 1870 manat borcu yaranmışdır. Ona görə də borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən tərəfindən borclu Şəxs ödəniş üçün vaxt verilmiş və o, məhkəmə prosesinin gedişində 1000 + 300 + 250 manat olmaqla, ümumilikdə 1550 manat ödəmişdir. Qalan 320 manat məbləğin də qısa bir müddət ərzində ödənişinə söz vermişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs alimentin ödənişi lazımınca təmin etməmiş, nəticədə onun 1870 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən ödəniş üçün vaxt verilmiş və Şəxs məhkəmə prosesinin gedişində 1000 + 300 + 250 manat olmaqla, ümumilikdə 1550 manat ödəmişdir. Aliment borcunun qalan hissəsinin də ödənilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamənin icrasından boyun qaçırmır. Fərdi qaydada “Kamaz” markalı yük maşınını işlətməklə şifariş olduqda yük daşımaqla məşğul olur. Bəzən sifariş olmadıqda maddi çətinliyi olur və alimenti ödəməsində problemlər yaranır. Həmin səbəbdən 1870 manat aliment borcu yaranmışdır. Hazırda borcundan 1000 manatını nəğd şəkildə tələbkara verməyə hazırdır (o, borcdan 1000 manatını məhkəmə iclasında tələbkara vermişdir), qalan məbləği isə qısa müddət ərzində hissə-hissə ödəməyi öhdəsinə götürür. Ona görə də məhkəmədən ona əlavə ödəniş üçün vaxt verilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs xx.xx.2007-ci ildə anadan olmuş X3 və xx.xx.2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkmiş şəxsin (tələbkarın) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd edilən digər materialları ilə müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin 2(061-1283/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclunun alimentə görə 1870 manat borcu yaranmışdır. Ona görə də icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs sözügedən icra sənədinin icrasından boyun qaçırması müəyyən olunmamışdır. Əksinə məhkəmə tərəfindən ödəniş üçün vaxt verildikdən sonra o, sözügedən borcdan məhkəmə prosesinin gedişində 1000 + 300 + 250 manat olmaqla, ümumilikdə 1550 manat ödəmiş, icra məmurunun bildirməsinə görə qalan borc məbləğinin də ödənişini qısa müddətdə təmin edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Şəxs məhkəmə tərəfindən verilən müddət ərzində 1870 manat borcundan çox hissəsini, yəni 1550 manatını ödəmiş, qalan məbləğin də ödənişini təmin edəcəyinə söz vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-334/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar