Məhkəmə qərarları › İş №3(061)-335/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-335/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-335/2025 02.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində edilmiş şikayətlə bağlı Tərtər RPŞ-nə gəlmişdir. Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəşad Hüseynovun xidməti iş otağına gələn zaman o spirtli içkinin təsiri altında olmuşdur. O həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün anası X2 və həyat yoldaşı X1 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Polis əməkdaşları onu sakitləşdirib nizam-intizama dəvət etmişlər. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Onun barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman Şəxs özü səmimi etiraf etmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində edilmiş şikayətlə bağlı Tərtər RPŞ-nə gəlmişdir. Tərtər Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəşad Hüseynovun xidməti iş otağına gələn zaman o spirtli içkinin təsiri altında olmuşdur. O həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün anası X2 və həyat yoldaşı X1 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Polis əməkdaşları onu sakitləşdirib nizam-intizama dəvət etmişlər. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan 01 may 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 may 2025-cü il tarixdə saat 17:20 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 01 may 2025-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar