Məhkəmə qərarları › İş №3(061)-338/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-338/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-338/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 04 may 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində Tərtər şəhər ərazisində uca səslə nalayiq ifadələr işlədərək onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:20 radələrində Tərtər şəhər ərazisində həmkəndlisi X2 ilə yol gedərkən aralarında sözlə mübahisə yaranmış, içkili olduğu üçün uca səslə nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onlara nizam intizama dəvət edib, rayon polis şöbəsinə getmələrini istəsələr də onların qanuni tələblərinə tabe olmamışdır. O içkili olduğundan polis əməkdaşları ilə getmək istəməmişdir. Buna baxmayaraq yüksək səslə nalayiq ifadələr işlədərək onlara tabesizlik göstərmişdir. Hazırda əməlindən peşman olduğunu, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs rayon sakini kimi tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Şəxs 04 may 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində Tərtər şəhər ərazisində uca səslə nalayiq ifadələr işlədərək onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun tərəfindən Şəxs barəsində protokol tərtib edilmiş, Şəxs əməlini etiraf edərək protokola imza etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:20 radələrində Tərtər şəhər ərazisində PPXB-nin polis nəfəri polis baş serjantı Təbriz Əhmədov ilə birllikdə xidmətdə olan zaman iki nəfər şəxsin ictimai yerdə ucadan bir-birlərinin ünvanına söyüş söyərək nizam-intizamsız hərəkətlər etməyə başlamış, həmin şəxsləri nizamintizama dəvət etsələr də həmin şəxslər polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 04 may 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində Tərtər şəhər ərazisində uca səslə nalayiq ifadələr işlədərək onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan X7 Haqqında 04 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 04 may 2025-ci il tarixdən saat 00:30-dən inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 04 may 2025-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar