Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-339/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Tərtər rayonun Hüsənli kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Hüsənli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 04 may 2025-ci il tarixdə saat 10:15 radələrində Tərtər RPŞ-in inizibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı tərcüməçi və vəkil istəməməsi barədə rəsmi ərizə təqdim edərək izahatında göstərmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olsa da 01 yanvar 1962-ci ildə Tərtər rayonun Hüsənli kəndində anadan olmuşdur, azərbaycanlıdır, Hüsənli kənd orta məktəbində səkkiz illik məktəbi Azərbaycan dilində bitirmişdir. Azərbaycan dilini tam bilir, sərbəst danışır və başa düşür. Əvvəlki Azərbaycan əlifbasında sərbəst yaza bilir. Odur ki, barəsində olan inzibati materiala baxanda tərcüməçiyə ehtiyac yoxdur. Belə ki, barəsində edilmiş şikayətlə bağlı çağırıldığından Tərtər RPŞ-nə gəlmişdir. Onu polis şöbəsinə əsassız dəvət etdiklərindən əsəbləşərək, RPŞ-in inzibati binasında uca səslə etirazını bildirərək, ictimai qaydanı pozmuşdur. Polis Şöbəsində ondan izahat yazmağı tələb olunsada heç bir izahat yazmamışdır. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, 0, 1999-cu il tarixdən DİO-da, 2021-ci il tarixdən isə tutduğu vəzifədə xidmət edir. 04 may 2025-ci il tarixdə saat 10615-də icraatında olan HQK-1/757 saylı materialın icrası ilə bağlı izahatının alınması üçün Tərtər rayon Hüsənli kənd sakini Şəxs RPŞ-nə dəvət etmişdir.Onun izahatını almaq istəyən zaman sonuncu ilk əvvəl izahat verməkdən imtina edərək uca səslə danışıb nalayiq sözlər işlədərək iş ahəngini pozmuşdur. Bundan sonra o RPŞ-in inzibati binasında İTB-in polis baş leytenantı X5 və İTB-in polis nəfəri polis serjantı X1 yanında uca səslə danışaraq nalayiq sözlər işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də sonuncu öz hərəkətlərini davam edərək uca səslə danışaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində olan şikayətlə bağlı RPŞ-nə dəvət olunmuşdur. 04 may 2025-ci il tarixdə saat təxminən 10:15 radələrində RPŞ-in inzibati binasında olan zaman təhqiqatçı Rəşad Hüseynovun xidməti otağında məhkəm səs-küy gəldiyindən sakitçilik yaratmaq üçün təhqiqatçının otağına getmişdir. Həmin vaxtı təhqiqatçı Rəşad Hüseynovun xidməti otağında Şəxs uca səslə nalatiq ifadələr işlətdiyinin və təhqiqatçının qanuni tələbinə tabe olmadığının şahidi olmuşdur. Şəxs qanunsuz hərəkətləri nəticəsində RPŞ-in inzibati binasında iş ahəngi pozulmuşdur. Şəxs barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman özünü səmimi aparmamış, protokola imza etməkdən, izahat verməkdən imtina etmişdir. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Özü də bu hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində olan şikayətlə bağlı RPŞ-nə dəvət olunmuşdur. 04 may 2025-ci il tarixdə saat təxminən 10:45 radələrində RPŞ-in inzibati binasında olan zaman təhqiqatçı Rəşad Hüseynovun xidməti otağında məhkəm səs-küy gəldiyindən sakitçilik yaratmaq üçün təhqiqatçının otağına getmişdir. Həmin vaxtı təhqiqatçı Rəşad Hüseynovun xidməti otağında Zakir Mirzoyevin uca səslə nalayiq ifadələr işlətdiyinin və təhqiqatçının qanuni tələbinə tabe olmadığının şahidi olmuşdur. Şəxs qanunsuz hərəkətləri nəticəsində RPŞ-in inzibati binasında iş ahəngi pozulmuşdur. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Özü də bu hadisənin şahidi olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 04 may 2025-ci il tarixdə saat 10:15 radələrində Tərtər RPŞ-in inizibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan 04 may 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 may 2025-cü il tarixdə saat 10:45 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 04 may 2025-ci il tarixdən saat 10:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-339/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-339/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver