Məhkəmə qərarları › İş №3(061)-340/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-340/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-340/2025 06.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Ağkənd kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 05 may 2025-ci il tarixdə saat 23:40 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərir ki, barəsində yazılan protokolla bağlı bildirir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Namik Abbasov adlı şəxslə ona borclu olduğu 35 manat səbəbindən aralarında mübahisə olmuş və ondan şikayət etmişdir. Bu səbəbdən izahatın alınması üçün RPŞ-yə dəvət olunmuşdur. RPŞ-də izahatı alınan zaman əsəbi olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. RPŞ-in inzibati binasında uca səslə etirazını bildirərək, ictimai qaydanı pozmuşdur. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində olan şikayətlə bağlı RPŞ-nə dəvət olunmuşdur. Şəxs 05 may 2025-ci il tarixdə saat 23:40 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs qanunsuz hərəkətləri nəticəsində RPŞ-in inzibati binasında iş ahəngi pozulmuşdur. Şəxs barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman özünü səmimi aparmış, protokola imza etmişdir. Əməlini etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 05 may 2025-ci il tarixdə saat 23:40 radələrində Tərtər RPŞ-in nizibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan 05 may 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 may 2025-cü il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 05 may 2025-ci il tarixdən saat 23:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar