Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-345/2025 13.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Tərtər rayonu Ələsgərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Ələsgərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs məhkəmə qərarları üzrə pul və maşınlar alınaraq tələbkarlara verilməlidir. Borclu icra sənədlərinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1401/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 33036 (otuz üç min otuz altı) manat X1, 2560 (iki min beş yüz altmış) manat X7, 3120 (üç min yüz iyirmi) manat pul alınaraq X9 verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1279/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 25000 (iyirmi beş min) manat pul alınaraq X5 xeyrinə ödənilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1166/2020 saylı 01.12. 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs “Mersedes Benz” C200 markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın X10, VAZ-2121 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşın isə X6 verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1631/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 (iki min) manat pul alınaraq X2 xeyrinə verilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)-594/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4591 (dörd min beş yüz doxsan bir) manat pul alınaraq X4 verilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)- 624/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Mersedes Bens-220 CDİ markalı **-NY-*** dövlət nömrə nişanlı avtomaşın və 14000 (on dörd min) manat pul alınaraq X12 verilməlidir. Lakin borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Tərtər Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 8(061)-143/2020 saylı borclunun məcburi gətirilməsi barədə qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2018 saylı icra sənədinə əsasən Tərtər rayon Ələsgərli kəndində yaşayan Şəxs məcburi olaraq Tərtər Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 3(061)-540/2020 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 8(061)-73/2020 saylı qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(104)-1279/2019 saylı icra sənədinə əsasən xx.xx.1985-ci il təvəllüdlü Tərtər rayonu Ələsgərli kənd sakini Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 3(061)-374/2020 saylı qərarına əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, 10 (on) gün müddətinə həbs inzibati tənbehi təyin edilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli 3(061)-218/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 227-ci maddələri ilə təqsirli biinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 2(iki) ay müddətinə həbs inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə borclu xx.xx.1985-ci il təvəllüdlü Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1401/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 33036 (otuz üç min otuz altı) manat X1, 2560 (iki min beş yüz altmış) manat X7, 3120 (üç min yüz iyirmi) manat pul alınaraq X9 verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1279/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 25000 (iyirmi beş min) manat pul alınaraq X5 xeyrinə ödənilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1166/2020 saylı 01.12. 2020-ci il tarixli qətnaməsinə əsasən ondan “Mersedes Benz” C200 markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın X10, VAZ-2121 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşın isə X6 verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1631/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 2000 (iki min) manat pul alınaraq X2 xeyrinə verilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)-594/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 4591 (dörd min beş yüz doxsan bir) manat pul alınaraq X4 verilməlidir. Tərtər Rayon Məhkəməsinin 2(061)-624/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan Mersedes Bens-220 CDİ markalı **-NY-*** dövlət nömrə nişanlı avtomaşın və 14000 (on dörd min) manat pul alınaraq X12 verilməlidir. İmkanı olmadığına görə borcunu tam ödəyə bilməmişdir. Hazırda borcunu tam ödəməyə imkanı yoxdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 1401/2018 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 33036 (otuz üç min otuz altı) manat X1, 2560 (iki min beş yüz altmış) manat X7, 3120 (üç min yüz iyirmi) manat pul alınaraq X9 verilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)- 1279/2019 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 25000 (iyirmi beş min) manat pul alınaraq X5 xeyrinə verilməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)- 1166/2020 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs “Mersedes Benz” C200 markalı **-UN-*** dövlət nömrə nişanlı avtomaşın X10, VAZ-2121 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomaşın isə X6 verilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 1631/2021 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 2000 (iki min) manat pul alınaraq X2 xeyrinə verilməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-594/2022 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 4591 manat pul alınaraq X4 verilməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-624/2022 saylı icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs Mersedes Bens-220 CDİ markalı **-NY-*** dövlət nömrə nişanlı avtomaşın və 14000 (on dörd) min manat pul alınaraq X13 verilməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin borclunun məcburi gətirilməsi barədə 24 sentyabr 2020-ci il tarixli 8(061)-143/2020 saylı qərardadının təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2018 saylı icra sənədinə əsasən Tərtər rayon Ələsgərli kəndində yaşayan Şəxs məcburi olaraq Tərtər Rayonn İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materillarında olan Tərtər Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 3(061)- 540/2020 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 8(061)- 73/2020 saylı qərardadının təsdiq olunmuş surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(104)-1279/2019 saylı icra sənədinə əsasən xx.xx.1985ci il təvəllüdlü Tərtər rayonu Ələsgərli kənd sakini Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 3(061)- 374/2020 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, inzibati xəta törətmiş Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə həbs inzibati tənbehi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli 3(061)-218/2022 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 227-ci maddələri ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) ay müddətinə həbs inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki. borclu xx.xx.1985-ci il təvəllüdlü Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında 02 may 2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki. borclu xx.xx.1985-ci il təvəllüdlü Tərtər rayonu Ələsgərli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(104)-1401/2018 saylı, xx.xx.2019-cu il tarixli 2(104)-1279/2019 saylı xx.xx.2021-ci il tarixli 2(104)-1631/2021 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-1166/2020 saylı, xx.xx.2022-ci il tarixli 2(061)-594/2022 saylı xx.xx.2022-ci il tarixli 2(061)- 624/2022 saylı icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08(səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 13 may 2025-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-345/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-345/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver