Məhkəmə qərarları › İş №3(061)-346/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-346/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-346/2025 13.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 qzının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqlnda icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2ci qrup əlil, Tərtər rayonu Səhləbad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 13 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Ağdərə rayonu ərazisində polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri X4 xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Ağdərə rayonu ərazisində xidmətdə olan zaman Şəxs saxlayıb Tərtər rayon Polis Şöbəsinə gətirərək Şöbəsinin rəhbərliyinə raportla müraciət edərək, barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmin raport əsasında Şəxs haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər rayonu, Səhlabad kəndində yaşayır, İİ qrup əlildir. Sol ayağı ombadan bir qarış aşağı hissədən kəsildiyindən ayağında olan protezini dəyişdirmək üçün maddi imkanı olmamış, ona görə də xx.xx.2024-cü il cü il tarixdə qonşusu Yadigar Rzayevlə birlikdə özünün idarə etdiyi VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəmir gətirib satmaq məqsədilə Ağdərə rayonuna getmişdir. Təxminən 100 kiloqram dəmir yığdıb qayıdarkən ərazidə xidmət aparan polis əməkdaşı tərəfindən saxlanılmış və onlarla birlikdə Tərtər rayon Polis Şöbəsinə gəlmişdir. O, polisə əməkdaşlarına hər hanısı bir tabesislik göstərməmişdir. Tərtər rayon Polis Şöbəsində izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, polisə tabesislik göstərməmişdir. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Rövşən Muradlı izahatında bildirmişdir ki, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 04:30 Ağdərə rayonu ərazisində xidmətdə olan zamanı VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, avtomobil yoxlanarkən dəmir aşkar olunmuşdur. Sürücünün şəxsiyyətini müəyyənləşdirərkən X2 olduğu məlum olmuşdur. X6 rayon Polis Şöbəsinə getməsini təklif etdikdə, o, əvvəl narazılığını bildirsə də hüquq və vəzifələrrini izah etdikdən sonra onunla birlikddə şöbəyə gəlmişdir. Rəfail Bayramov ona qarşı hər hansı bir nalayiq ifadə işlətməmi, hər hansı bir başqa hərəkət etməmiş, müqavimət göstərməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı proses iştirakçılarının izahatlarından müəyyən olundu ki, barəsində inzibati xəta haqqındla icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Ağdərə rayonunda xidmətdə olan polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmaması iddia edilərək, barəsində yuxarıda sözügedən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məhkəmə iclasında verdiyi izahatında ona istinad olunan inzibati xətanın törəməsini inkar etmiş, polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini bildirmişdir. Həmçinin hadisənin bilavasitə şahidi olan hadisə barədə raport verən və məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-nin PPXB-nin polis serjantı Rövşən Muradlı məhkəmə iclasında verdiyi izahatında Şəxs ona tabesizlik göstərmədiyini birmənalı şəkildə bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsasən barəsində inzibati xəta haqqındla icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Ağdərə ryonunda xidmətdə olan polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabesizlik göstərməsi müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şühbələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsinin olması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1, 53.1.1-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061-346/2024 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar