Məhkəmə qərarları › İş №3(061)-350/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-350/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-350/2025 14.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Tərtər rayonu Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Söylən kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 14 may 2025-ci il tarixdə saat 11:20 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərir ki, barəsində yazılan protokolla bağlı bildirir ki, xx.xx.2025-ci il tarixdə anası Şirinova Südabə onun sərxoş halda evdə münaqişə yaratması ilə bağlı DİN-in 102 xidmətinə müraciət edərək ünvanlarına polis gəlməsini bildirmişdir. Həmin vaxt polis əməkdaşları gələrək onlarla birlikdə RPŞ-nə getmələrini bildirmişlər. Həmin vaxt barəsində olan müraciətdən əsəbləşərək həmçinin içkili halda olduğundan uca səslə nalayiq ifadələr işlətməyə başlamış və polis əməkdaşları ilə getməyinə öz etirazını bildirmişdir. Buna baxmayaraq onu polis şöbəsinə aparmışlar və o polis şöbəsinin inzibati binasındada təkrar olaraq barəsində edilmiş şikayətdən əsəbləşərək uca səslə nalayiq ifadələr işlədərək RPŞ-in iş ahəngini pozmuşdur. Hazırda səhvini dərk edir. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in KMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Vüqar Əlizadə izahatında göstərmişdir ki, Şəxs tanımamışdır, barəsində raport yazılan vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində əməliyyat qrupunda xidmətdə olan zaman Tərtər rayon Söylən kənd sakini X2 102 zəng xidmətinə etmiş olduğu müraciət əsasında Tərtər rayon Söylən kəndinə getmiş, həmin vaxt Şəxs araşdırma ilə əlaqədar RPŞ-nə dəvət edilmişdir. RPŞ-in inzibati binasında olan zaman Şəxs uca səslə nalayiq ifadələr işlədərək, iş ahəngini və ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında inzibati material üzrə protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Şəxs barəsində olan şikayətlə bağlı RPŞ-nə dəvət olunmuşdur. Şəxs 14 may 2025-ci il tarixdə saat 11:20 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs qanunsuz hərəkətləri nəticəsində RPŞ-in inzibati binasında iş ahəngi pozulmuşdur. Özü də həmin hadisənin şahidi olmuşdur. Mubariz Şirinovun barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman özünü səmimi aparmış, protokola imza etmişdir. Əməlini etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 14 may 2025-ci il tarixdə saat 11:20 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, RPŞ-in iş ahəngini pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 07 (yeddi) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 14 may 2025-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar