Məhkəmə qərarları › İş №3(061)-351/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-351/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-351/2025 14.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə rayonu Xanərəb kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 13 may 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Tərtər rayonun 4-yol adlanan ərazidə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə tam təqsirli bilərək göstərdi ki, 13 may 2025-ci il tarixdə saat 15:00 radələrində Tərtər rayonu 4-yol adlı yerdə mağazada olarkən, polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək, Tərtər rayonunda baş vermiş cinayətlə əlaqədar onu RPŞ-nə dəvət etmişlər. Lakin o həmin vaxt işdə olduğunu bildirərək polis şöbəsinə getməlkdən imtina etmişdir. Həmin vaxt o heç bir günahının olmadığını uca səslə bildirmişdir. Həmin vaxt əsəbləşdiyindən uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bu vaxt polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etmişdir. Polis əməkdaşları onu məcburi şəkildə RPŞ-nə aparmışlar. Barəsində protokol tərtib olunmuş, protokola imza etmiş, izahatı alınmışdır. Hazırda əməlindən peşman olmuş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in CAB-in əməliyyat müvəkkili polis leytenantı X7 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində raport tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayonun Poladlı kəndində yaşayan X3 qaynatası X2 tərəfindən qısqanclıq zəmnində qətlə yetirilmişdir. Həmin hadisə ilə əlaqədar Bərdə rayonu Xanərəb kəndində yaşamaqla Tərtər rayonu 4-yol adlı ərazisində yerləşən “Al-market”-də satıcı işləyən Şəxs CAB-ın əməliyyat müvəkkili polis leytenantı X4 ilə yaxınlaşıb özlərini təqdim edərək onu Tərtər RPŞ-nə dəvət etmişlər. O, RPŞ-nə gəlməkdən imtina etdikdə onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etmişdir. Tərəflərindən məcburi şəkildə Tərtər RPŞ-nə gətirilmişdir. Bu səbəbdən də raportla rəhbərliyə müraciət edərək Şəxs hərəkətlərini məruzə edərək onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokol tərtib edən şəxs Tərtər RPŞ-in İTB-in sahə rəisi X5 izahatında göstərmişdir ki, Şəxs rayon sakini kimi tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində tərtib olunmuş protokola imza etmiş, izahatını sərbəst yazmışdır. Təsdiq edir ki, Şəxs 13 may 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Tərtər rayonun 4-yol adlanan ərazidə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də protokolu təsdiq edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 13 may 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Tərtər rayonun 4-yol adlanan ərazidə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 13 may 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar