Məhkəmə qərarları › İş №3(061)-352/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-352/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-352/2025 15.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və vəkili Tərtər rayon Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.2001-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Əskipara kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 14 may 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində Tərtər rayonun Səhləbad kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə təqsirli bilməyərək göstərdi ki, 14 may 2025-ci il tarixdə saat 15:00 radələrində evində olarkən polis əməkdaşları onun mobil telefonuna zəng edərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt atası yanında olduğundan ona kimin zəng vurduğunu soruşmuş, o atasına polisdən zəng vurulduğunu bildirmiş, sonra atası telefonun əlindən alıb polis əməkdaşı ilə oğlunun nə məqsədlə çağırdığını soruşmuşdur. Daha o özü polis şöbəsinə getmək istəyərkən yolda qohumu və həmkədlisi X5 idarə etdiyi “Opel Astra” markalı avtomobilə ilə Tərtər RPŞ-nə getmişdir. Polis şöbəsində polis əməkdaşları X7 və X1 iş otağında olmuşdur. Polis əməkdaşları ona yaşadığı kənddə olan oğurluq hadisəsi ilə bağlı şübhəli olduğu üçün izahatının alınmasının zəruri olduğunu bildirmişlər. O, da bu hala etirazını bildirərək, heç bir oğurluq etməməsini və ondan heç kimin şikayət etməməsini bildirmişdir. Daha sonra barəsində protokol tərtib olunmuş, həmin protokola və digər bir-iki sənədə ona deyiblər o da imza etmişdir. Ondan izahat yazmasını istəsələr də yazmamış və imza etməmişdir. Ümumiyyətlə özünü təqsirli bilməmişdir. Həmçinin Şəxs müdafiəçisi tərəfindən verilmiş şifahi vəsatətlə razı olduğunu bildirərək, RPŞ-inə gəlməsini təsdiq edəcək video görüntünün çıxarılmasını və onu polis şöbəsinə gətirən həmkəndlisi X5 şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinrilən Tərtər rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı X4 izahatında göstərmişdir ki, 14 may 2025-ci il tarixdə saat 16:30 radələrində Tərtər rayon Səhləbad kəndində xidmətdə olarkən bir şəxs adı sonradan məlum olan X8 uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, Şəxs yaxınlaşıb özünü təqdim edərək ona xəbərdarlıq etmişdir. Şəxs onun sözlərinə məhəl qoymayaraq təkrarən uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də o, qanunsuz hərəkətlərini davam etdirərək, polis əməkdaşı kimi onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonradan Şəxs məcburi şəkildə RPŞ-nə gətirmiş, onun barəsində qanuni tədbir görülməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Məhkəmə iclasında dindirilən Tərtər RPŞ-in İTB-in polis sahə rəisi X9 izahatında göstərmişdir ki, Şəxs əvvəllər onun yaşadığı kənd üzrə sahə rəisi işlədiyi vaxtdan tanıyır. Belə ki, həmin vaxtlar da Şəxs atası bir-neçə dəfə oğlu Sabitin valideyni kimi onu yola vermədiyindən, narahatçılıqlar yaratdığından şikayətlər etmişdir. Hazırki inzibati material üzrə protokol onun tərəfindən tərtib olunmuşdur. Protokola Şəxs imza etmişdir. İzahata imza etməkdən imtina etmişdir. Barəsində protokol tərtib olunan zaman əməlini etiraf etmişdir. Təsdir edir ki, Şəxs 14 may 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində Tərtər rayonun Səhləbad kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuşdur. Hazırda məsuliyyətdən yaxa qurtarmaq üçün əməlini etiraf etmir. Məhkəmə iclasında iştirak edən Şəxs və vəkili Tərtər rayon Vəkil Bürosunun vəkil X6 bildirmişdir ki, Şəxs dediklərini təsdiq edərək, onun bu inzibati material üzrə təqsirinin olmamasını, iş materiallarında izahata imza etməməsini, polis əməkdaşlarının onu Səhləbad kəndindən aparmadıqlarını, Şəxs özü könüllü olaraq, həmkəndlisi X5 avtomobili ilə RPŞ-nə getmişdir. Ona görə də şifahi vəsatət verərək Tərtər rayon Polis Şöbəsinin qarşısında quraşdırılmış kameranın görüntüsünün götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şifahi vəsatətinə əsasən şahid qismində dindirən X10 izahatında bildirmişdir ki, Şəxs ilə uzaq qohumluğu var, həmkəndlidirlər, hazırda onunla heç bir ədavəti, qərəzi və düşmənçiliyi yoxdur. Belə ki, o dünən yəni 14 may 2025-ci il tarixdə Şəxs görmədiyini, onu öz maşını ilə RPŞnə parmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 14 may 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində Tərtər rayonun Səhləbad kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs özünü məhkəmə iclasında təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir. Belə ki, onun əməli məhkəmə iclasında dindirilmiş Tərtər RPŞ-in İTBin polis sahə rəisi X3, Tərtər rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili polis baş leytenantı X1 və Şəxs özünün vəsatəti əsasında dindirilmiş X5 izahatları ilə tam təsdiqini tapmışdır. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti mövcuddur, ona görə də həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza həddi ilə cəzalanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 14 may 2025-ci il tarixdən saat 21:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar