Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-357/2025 21.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, deməsinə görə natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 21 may 2025-ci il tarixdə saat təxminən 02:30 radələrində Tərtər RPŞ-in inzibati binasının qarşısında səs-küy salaraq onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 21 may 2025-ci il tarixdə qeyri-rəsmi yaşadığı Bəhruz adlı şəxslə spirtli içki qəbul etmiş və spirtli içkinin təsiri altında onlar bir nəfər şəxsdən şikayət etmək məqsədi ilə Tərtər RPŞ-in inzibati binasına yaxınlaşmışlar. Həmin vaxt onlar ikisi də çox yüksək dərəcədə spirtli içki qəbul etdikləri üçün RPŞ-in inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək habelə polis əməkdaşları ilə kobud danışmışlar. Həmin vaxt polis əməkdaşları onları nizam-intizama dəvət etmiş və RPŞ-nə dəvət etmişlər. Həmin vaxt onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşlarının da ünvanına xoşa gəlməz sərt ifadələr işlədərək təkrar olaraq polis əməkdaşları onları nizam-intizama dəvət etmiş və onları sakitləşdirməyə çalışaraq onları RPŞ-nə dəvət etmişlər. Ancaq onlar spirtli içkinin təsiri altında olduqları üçün polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışlar. Hazırda əməlindən səmimi peşman olduğunu, himayəsində üç yaşlı azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Şəxs 21 may 2025-ci il tarixdə saat təxminən 02:30 radələrində Tərtər RPŞ-in inzibati binasının qarşısında səs-küy salaraq onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun tərəfindən X3 barəsində protokol tərtib edilmiş, Şəxs əməlini etiraf edərək protokola imza etmişdir, izahat yazmış, əməlindən peşman olduğunu bildirmiş, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 02:30 radələrində polis sıravisi Muxtarlı Muxtarla birlikdə Tərtər RPŞ-in inzibati binasının giriş postunda xidmətdə olarkən RPŞ-in inzibati binasının qarşısına yaxınlaşan iki nəfər şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onları dəfələrlə nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Tərtər rayon Seydimli kənd sakini X5 və Bərdə şəhər Bakı küçəsində yaşayan Şəxsdır. Odur ki, həmin şəxslər barəsində raportla rəhbərliyə müraciət etmişlər. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 21 may 2025-ci il tarixdə saat təxminən 02:30 radələrində Tərtər RPŞ-in inzibati binasının qarşısında səs-küy salaraq onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan X6 Haqqında 21 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 21 may 2025-ci il tarixdən saat 03:10-dan inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, qadınlığnı, himayəsində azyaşlı uşağının olmasını, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 03:10-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (yüz əlli) manat müəyyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-357/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-357/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver