Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-359/2025 22.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkar, Tərtər şəhəri, V.Həsənov küçəsi, ev 2-də yaşayan oğlunun barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 22 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Tərtər şəhəri Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdı. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin inzibati binasında olan zaman arvadını döymüş, həmin vaxt orada olan polis əməkdaşı münaqişənin böyüməsinin qarşısını alıb hadisə barədə növbətçi hissəyə zəng edərək məlumat vermişdir. Məlumat əsasında əməliyyat-istintaq qurupunun üzvləri dərhal hadisə yerinə gedərək Şəxs Tərtər RPŞ-yə gətirilmişlər. Həm Şöbənin qarşısında, həm də Şöbədə olarkən Şəxs ucadan səs-küy salıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Rahib İmanov həmin protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsində prosesə gəlmiş, məhkəmənin inzibati binasının foyesində olarkən arvadı onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün məcbur olub onu vurmuşdur. Bu səbəbdən polis əməkdaşları onu Tərtər RPŞnə aparmışlar. Tərtər RPŞ-nin qarşısında polis əməkdaşları onun qolunu burmuş, ağrındığı üçün əsəbləşib narazılığını bildirmişdir. Nəticədə aralarında mübahisə yaranmış və polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona görə də Tərtər rayon prokurorunun gəlməsini tələb edərək, barəsində tərtib edilmiş saylı inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ TB-nin təhqiqatçısı X3 izahatında bildirmişdir ki, 22 may 2025-ci il tarixdə əməliyyat-istintaq qrupunda olarkən Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi X5 zəng edərək Tərtər Rayon Məhkəməsinin inzibati binasında Şəxs arvadını döydüyünü bildirmişdir. Məlumat əsasında əməliyyat-istintaq qurupunun üzvləri ilə birlikdə dərhal hadisə yerinə gedərək Şəxs Tərtər RPŞ-yə gətirmişlər. Həm Şöbənin qarşısında, həm də Şöbədə olarkən Şəxs ucadan səs-küy salıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirib tabesizlik göstərmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbənin rəhbərliyinə raportla müraciət etmişdir. İzahatı alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 şahid X1 izahatına uyğun izahat vermişdir. İşdə olan Tərtər RPŞ TB-nin təhqiqatçısı X3 tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, 22 may 2025-ci il tarixdə əməliyyat-istintaq qrupunda olarkən Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Sakit Almasovun ***-***-**-** mobil nömrəsindən zəng edərək Tərtər Rayon Məhkəməsinin inzibati binasında bir nəfər şəxsin döyülməsi barədə məlumat verildiyini, dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə hadisə baş verən yerdə olduğunu, hadisəni törədən şəxsin Ceyhun adlı şəxs olduğunu və bundan sonra onu Sakit Almasovla birlikdə Tərtər RPŞ-yə gətirdiyini, Şəxs avtomobildə olarkən və avtomobildən endikdən sonra Tərtər RPŞ-nin qarşısında onların ünvanına təhqiredici ifadələr işlədib səs-küy salmağa başladığını, onu dəfələrlə nizamintizama dəvət etsələr də onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd əməllərini davam etdirdiyini, daha sonra həmin şəxsin məcburi şəkildə Tərtər RPŞ -nin inzibati binasına aparılarkən polis əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlədib səsküy salaraq şöbənin iş ahəngini pozduğunu, həmin şəxsi nizam-intizama dəvət edib sakitləşdirmək istəyərkən baş nahiyyəsini divara vurub özünü xəsarət yetirdiyini göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Tərtər şəhəri Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, inzibati xəta törətmiş şəxsin və şahidilərn zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Tərtər şəhəri Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə iilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilən özünün izahatı ilə yanaşı, şahidlərin zahatı və barəsində tərtib edilən tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materiallarının məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs yuxarıda qeyd edilən qanuna zidd əməllərini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbsin əvvəli 22 may 2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-359/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-359/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver