Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-362/2025 17.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Kəngərli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1802/2024 saylı icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində yəni 256 manat sabit pul məbləğində aliment borcu, mediatora ödənilmiş 50(əlli) manat məbləğində rüsum və 25 manat dövlət rüsumu iddiaçı X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)- 1802/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan 3 uşağın saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində yəni 256 manat sabit pul məbləğində aliment borcu, mediatora ödənilmiş 50(əlli) manat məbləğində rüsum və 25 manat dövlət rüsumu iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hazırki vaxtda iş üzrə tələbkar X5 ilə ümumi razılığa gəlmişlər. Belə ki, məhkəməyə rəsmi ərizə verərək tələbkarla birgə nikah dövründə əldə etdikləri evi uşaqlarına verir, bundan sonra Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən evlə bağlı tələbi olmayacaq. İnzibati materialla bağlı əməlindən peşmandır. Belə ki, icra sənədi üzrə tələbkar Güllü Hümbətova ondan aliment istəmədiyinə görə barəsində olan inzibati materialın icrasına xitam verib onu məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X5 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1802/2024 saylı icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində yəni 256 manat sabit pul məbləğində aliment borcu, mediatora ödənilmiş 50(əlli) manat məbləğində rüsum və 25 manat dövlət rüsumu iddiaçı kimi ona ödənilməsi qət edilmişdir. Hazırki vaxtda iş üzrə iddiaçı Şəxs ilə ümumi razılığa gəlmişlər. Belə ki, məhkəməyə rəsmi ərizə verərək hazırda baxılan 3(061)-362/2025 saylı inzibati materialla əlaqədar tələbkardır. Bu iş üzrə borclu Şəxs birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən evi uşaqlarına və ona bağışlamağı və bundan sonra həmin evlə bağlı heç vaxt iddia irəli sürməyəcəyi barədə barədə ərizə verdiyindən o da aliment tələbindən imtina edir, aliment tələb etmir və bundan sonra da tələb etməyəcəkdir. Odur ki, hazırki inzibati işlə əlaqədar Şəxs inzibati məsuliyyətdən azad olunması və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1802/2024 saylı icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün 24 aprel 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində yəni 256 manat sabit pul məbləğində aliment borcu, mediatora ödənilmiş 50(əlli) manat məbləğində rüsum və 25 manat dövlət rüsumu iddiaçı X3 ödənilməsi qət edilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki məhkəmə iclasında tərəflər ümumi razılığa gəldiklərindən, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiklərindən bu barədə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında tədqiq olunan icra sənədi üzrə borclu Şəxs ərizəsindən aydın olur ki, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən evi uşaqlarına və ona bağışlamağı və bundan sonra həmin evlə bağlı heç vaxt iddia irəli sürməyəcəyi barədə barədə ərizə verdiyindən o da aliment tələbindən imtina edir, aliment tələb etmir və bundan sonra da tələb etməyəcəkdir. Odur ki, hazırki inzibati işlə əlaqədar Şəxs inzibati məsuliyyətdən azad olunması və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunan icra sənədi üzrə tələbkar X2 ərizəsindən aydın olur ki, hazırda baxılan 3(061)-362/2025 saylı inzibati materialla əlaqədar tələbkardır. Bu iş üzrə borclu Şəxs birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində yerləşən evi uşaqlarına və ona bağışlamağı və bundan sonra həmin evlə bağlı heç vaxt iddia irəli sürməyəcəyi barədə barədə ərizə verdiyindən o da aliment tələbindən imtina edir, aliment tələb etmir və bundan sonra da tələb etməyəcəkdir. Odur ki, hazırki inzibati işlə əlaqədar Şəxs inzibati məsuliyyətdən azad olunması və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, ərizələri, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-362/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-362/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver