Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-363/2025 26.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1992-ci ildə Tərtər rayonu Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Buruc kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 25 may 2025-ci il tarixdə saat təxminən 06:30 radələrində Ağdərə rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, heç bir yerdə işləmir, himayəsində xəstə, yaşlı ata, anası və İ-ci qrup əlil bacısı vardır. Ailəsini saxlayıb, dolandırmaq onun üzərinə düşür. Gündəlik tələbatını metal toplamaq və satmaqla ödəyir. Belə ki, 25 may 2025-ci il tarixdə zibillikdən dəmir yığmaq üçün Ağdərə rayonuna özünə məxsus vaz 210011 markalı **-BA-*** dövlət deydiyyat nömrə nişanlı avtomaşın ilə getmişdir. Ağdərə rayonunda tullantı poliqonu adlanan ərazidən müxtəlif dəmir parçaları toplamaq istəmişdir. Həmin vaxt DQ-ın əməkdaşları ona yaxınlaşmış və əraziyə qanunsuz daxil olmağını bildirərək onu araşdırma üçün polis əməkdaşları ilə birlikdə RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları gəlib onu Tərtər RPŞ-nə gətirmək istəyəndə polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla bərabər RPŞ-nə gəlmişdir. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola üzrə özünü təqsirli bilmir. Onun əməlində həmin maddənin tərkib əlamətləri olmadığından barəsində olan inzibati material üzrə icraata xitam verilməklə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qismində dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X3 izahatında göstərmişdir ki, X2 əvvəllər tanımamışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində protokol tərtib edən zaman o özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək, 25 may 2025ci il tarixdə Ağdərə rayonuna ailəsini dolandırmaq məqsədi ilə tullantı poliqonu adlanan ərazidən müxtəlif dəmir parçaları toplamaq məqsədi ilə getməsini, polis əməkdaşlarına tabe olmasını bildirmişdir. Şəxs barəsində protokol tərib edən və izahatı alınan zaman polis əməkdaşı kimi onların qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir hörmətsizlik etməmişdir. Protokolu polis əməkdaşları tərəfindən verilmiş raport əsasında tərtib etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını, şahidlərin ifadələrini, habelə digər iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, iş materialları, yəni kifayət qədər mötəbər sübutlarla, özünün və şahid ifadələri ilə təkzib edilmişdir. Bu hal isə Şəxs əməlində inzibati məsuliyyətin olmasını istisna edir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar, barəsində protokol tərtib edilmiş Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. İş materiallarından da görünür ki, əldə edilmiş sübutlar isə prosessual qaydalara əməl edilmədən əldə olunduğu üçün mötəbərliyi şübhə doğurur və şəxsin təqsirli hesab edilməsinə kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Bununla da məhkəmə belə inamlı nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-363/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-363/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver