Məhkəmə qərarları › İş №3(061)-364/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-364/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-364/2025 26.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, Tərtər şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2-də yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiala 26 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:30 radələrində Ağdərə rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs və digər iki nəfər şəxs özlərinə məxsus avtomobillə icazə portalları olmadan, komendant postundan kənar yollarla işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçib dəmir qırıntıları yığarkən ərazidə xidmət aparan DQ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 06:30 radələrində saxlanılaraq izahatlarının alınması üçün Tərtər rayon Polis Şöbəsinə təhvil verilmişdir. Şəxs polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərdiyi üçün polis əməkdaşı Xasay Məmmədov raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Həmin raport əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, aliləlidir, heç bir yerdə işləmir, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Maddi imkanı olmadığı üçün gündəlik iş olmayan vaxtlarda dəmir qırıntıları toplayıb sataraq ailəsini dolandırır. Həmin səbəbdən özünə məxsus VAZ 21011 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə icazə portalı olmadan, komendant postundan kənar işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə keçib dəmir qırıntıları yığarkən ərazidə xidmət aparan DQ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 06:30 radələrində saxlanılaraq izahatlarının alınması üçün Tərtər rayon Polis Şöbəsinə təhvil verilmişdir. Tərtər rayon Polis Şöbəsində izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda əməlindən peşimandır. Bidə belə hallara yol verməyəcəkdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini Xasay Məmmədov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 06:30 radələrində işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə qeyri-qnuni keçən ... Şəxs ərazidən metal qırıntıları toplayarkən ərazidə xidmət aparan DQ-nin əməkdaşları tərəfindən saxlanıldığını və akt tərtib olunaraq Tərtər rayon Polis Şöbəsinin PPXB-nin komandir müavini Xasay Məmmədov tərəfindən təhvil alındığını göstərərək barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:30 radələrində Ağdərə rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən 21.11.201-ci il və xx.xx.2019-cu il tarixlərdə verilmiş doğum haqqında haqqında şəhadətnaməninn surətindən görünür ki, Şəxs ilə X2 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, inzibati xəta törətmiş şəxsin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:30 radələrində Ağdərə rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq və Şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehi tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 10:00-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (bir yüz əlli) manat müəyyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar