Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-379/2025 29.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 29 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Bazarın qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, gecə saat 03:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Bazarın ətrafında olarkən polis əməkdaşları ona yaxınlaşıb Tərtər RPŞ-yə dəvət etdikdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirərək şöbəyə getməkdən imtina etmişdir. Buna baxmayaraq, o, nəcburi qaydada Tərtər RPŞ-yə aparılmışdır. Bu səbəbdən raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış olmuş, heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, Goranboy rayonu, Xanqərvənd kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 03:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Bazarın arxasında olan kafedə tək əyləşib 2-3 bakal pivə içmiş, küçəyə çıxdıqda polis əməkdaşları ona yaxınlaşıb Tərtər rayon Polis Şöbəsinə dəvət edən zaman sərxoş olduğu üçün polisin qanuni tələbinə tabe olmamamı, onlara Azərbaycan Respublikasının vəttəndaçı olmasını bildirərək Polis Şöbəsinə getməkdən imtina etmişdir. Buna baxmayaraq polis əməkdaşları onu məcburi qaydada Tərtər RPŞ-yə aparılmışlar. Orada barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan səhv etdiyini başa düşmüş, hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ PPXB-ni polis nəfəri X1 izahatında bildirmişdir ki, Tərtər RPŞ PPXB-ni polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə, gecə saat 03:00 radələrində Tərtər şəhəri ərazisində xidmətdə olarkən mühafizə xidmətinin işçiləri zəng edib Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Bazarın ətrafında bir nəfər sərxoş vəziyyətdə şübhəli şəxsin olması haqqında məlumat vermişlər. Dərhal məlumat əsasında həmin yerə gedərək barəsində məlumat verilən şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmadığını müəyyən etmişlər. Onu Tərtər RPŞ-yə dəvət edən zaman həmin şəxs onların qanuni tələbinə tabe olmamış, ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən zaman onların qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Lakin buna baxmayaraq həmin şəxsi məcburi qaydada Tərtər RPŞ-yə gətirmişlər. Şöbədə həmin şəxsin Goranboy rayonu, Xanqərvən kənd sakini olan Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onun barəəsində qanuni tədbir görülməsi üçün şöbənin rəhbərliyinə raportla müraciət etmiş və izahatı alındıqdan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ PPXB-ni polis nəfəri Fərid Xəlilli digər şahid Təbriz Əhmədovun izahatına uyğun izahat vermişdir. İşdə olan Tərtər RPŞ PPXB-ni polis nəfəri Təbriz Əhmədov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Tərtər şəhər Heydər Əliyev prospekrində yerləşən Bazarın qarşısında Tərtər RPŞ-nin PPXB-nin polis serjantı Xəlilli Fəridlə xidmətdə olan zaman tanımadıqları bir nəfər şəxsin özünü şübhəli apardığı üçün yaxınlaşıb özlərini təqdim edərək kim olduğunu və bu vaxt burada nə etdiyini soruşduqda həmin şəxsin “siz kimsiniz?, gedin işinizlə məşğul olun” dediyini, sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Tərtər RPŞ-yə dəvət etdikdə Şöbəyə gəlməkdən imtina edərək uca səslə nalayiq ifadələr işlətddiyini, onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyini, həmin şəxsin məcburi qaydada Şöbəyə gətirildiyini və həmin şəxsin Goranboy rayonu, Xanqərvən kənd sakini olan Şəxs olduğunu göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən bazarın qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, inzibati xəta törətmiş şəxsin və şahidlərin zahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00 radələrində Tərtər şəhər Heydər Əliyev prospekrində yerləşən mərkəzi bazarın qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddə iilə tövsif edir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilən özünün izahatı ilə yanaşı, şahidlərin zahatı və barəsində tərtib edilən tədqiq edilən inzibati xəta haqqında protokolun və işin digər materiallarının məcmusu ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs yuxarıda qeyd edilən qanuna zidd əməllərini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 03:45-dən hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-379/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-379/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver