Məhkəmə qərarları › İş №3(061)-381/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-381/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-381/2025 23.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, İcra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu İrəvanlı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4526/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər aya bir uşağa 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4526/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər aya bir uşağa 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Hazırki vaxtda iş üzrə tələbkar X6 ilə ümumi razılığa gəlmişlər. Belə ki, məhkəməyə rəsmi ərizə verərək tələbkara borclu olduğu 6047 manatdan 300 manatı ödəniş etmişdir, qalan aliment borcunu isə hissə-hissə yəni hər ay 750 manat olmaqla ödəməyinə söz verir. Əks halda məsuliyyəti ba daha nəzərinə çatdırılmışdır.. İnzibati materialla bağlı əməlindən peşmandır. Belə ki, icra sənədi üzrə tələbkar Vüsalə Bağırova ilə qarşılıqlı razılığa gəlmişlər. X1 şikayətçi deyil. Ona görə də barəsində olan inzibati materialın icrasına xitam verib onu məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4526/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər aya bir uşağa 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı kimi ona ödənilməsi qət edilmişdir. Hazırki vaxtda iş üzrə borclu Şəxs ilə ümumi razılığa gəlmişlər. Belə ki, məhkəməyə rəsmi ərizə verərək hazırda baxılan inzibati materialla əlaqədar tələbkardır. Bu iş üzrə borclu Şəxs ona olan 6047 manat aliment borcundan 300 manat ödəniş etdiyindən və qalan borcdan hər ay 750 manat ödəniş edəcəyini söz verdiyindən Şəxs həbs olunmasını və ya cərimə olunmasını istəmir, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, hazırki inzibati işlə əlaqədar borclu Şəxs inzibati məsuliyyətdən azad olunması və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4526/2024 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər aya bir uşağa 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki məhkəmə iclasında tərəflər ümumi razılığa gəldiklərindən, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiklərindən bu barədə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında tədqiq olunan icra sənədi üzrə borclu Şəxs ərizəsindən aydın olur ki, tələbkara borclu olduğu 6047 manatdan 300 manatı ödəniş etmişdir, qalan aliment borcunu isə hissə-hissə yəni hər ay 750 manat olmaqla ödəməyinə söz verir. Əks halda məsuliyyəti ba daha nəzərinə çatdırılmışdır.. İnzibati materialla bağlı əməlindən peşmandır. Belə ki, icra sənədi üzrə tələbkar Vüsalə Bağırova ilə qarşılıqlı razılığa gəlmişlər. X1 şikayətçi deyil. Ona görə də barəsində olan inzibati materialın icrasına xitam verib onu məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunan icra sənədi üzrə tələbkar X2 ərizəsindən aydın olur ki, Bu iş üzrə borclu Şəxs ona olan 6047 manat aliment borcundan 300 manat ödəniş etdiyindən və qalan borcdan hər ay 750 manat ödəniş edəcəyini söz verdiyindən Şəxs həbs olunmasını və ya cərimə olunmasını istəmir, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, hazırki inzibati işlə əlaqədar borclu Şəxs inzibati məsuliyyətdən azad olunması və barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, ərizələri, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar