Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-382/2025 13.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Tərtər rayonu X1 Şəxs iştirakı ilə Tərtər rayonu X1 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirib MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifələrini icra edən Eldəniz İbrahimov inzibati protokolu onunla əsasıandırmışdır ki, Hüsənli Bələdiyyəsi xx.xx.2025-ci il tarixli 06 nömrəli iclas protokolunu “Bələdiyyələrin Fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6-cı maddəsinin tələbini pozaraq “Bələdiyələrlə iş portalına” 3 iş günü müddətindən gec göndərmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tərtər rayonu X1 Şəxs və iş üzrə inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimova məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına Şəxs gəlmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimov isə gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Tərtər rayonu X1 Şəxs izahatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifələrini icra edən Eldəniz İbrahimov tərəfindən barəsində tərtib olunmuş inzibati protokolu üzrə özünü təqsirli bilərək, bir daha belə hallara yol verməyəcəyini bildirərək, təqsirli bilindiyi maddənin tələbinə görə ən aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi Eldəniz İbrahimovun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati tənbeh törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Tərtər rayonu X1 Şəxs izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Tərtər rayonu X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq Q Ə R A R V E R D İ: Tərtər rayonu X1 Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat miqdarında cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-382/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-382/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver