Məhkəmə qərarları › İş №3(061)-386/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-386/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-386/2025 03.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 Zərərçəkmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Tərtər rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər şəhəri, Z.Tağıyev küçəsində yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında prorokol və ona əlavə edilmiş materiallara 03 iyun 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Tərtər şəhəri, Z.Tağıyev küçəsində qonşusu X3 döymüş və nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin TB-nin icraatında olmuş material xx.xx.2025-ci il tarixli qərarla üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddəsini tərkibi olduğu üçün barəsində tədbir görülması üçün qərarın surətinin Tərtər rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərara onun icraatına daxil olmuş və həmin qərara əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs həmin protokolla tanış olmuş, protokolla razılaşmış və heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, 01 il olarki, Tərtər şəhəri, Z.Tağıyev küçəsində şəhid Vasifin anaına məxsus evdə yaşayır. Belə ki, o, şəhidin xəstə anasına baxmış, şəhidin anası vəfat etdikdən sonra da mərhumun qızlarını təklifinə əsasən həmin evdə yaşamaqda davam edir. X5 da həmin küçədə, qonşuluqda qalır. Aralarında bir müddətdir ki, mübahisələri olur. xx.xx.2025-ci il tarixdə təxminən saat 10 radələrində küçədə olarkən Günellə rastlaşmış, aralarında yenidən mübahisə olmuşdur. Mübahisə zamanı qarşılıqlı şəkildə bir-birinin saçından, yaxasından tutaraq dalaşmış və nalayiq ifadələr işlətmişlər. Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış və hər ikisinin barəsində inzibati xəta haqqında prrotokol tərtib edilmişdir. Hazırda barışmışlar. Günel onu bağışlamışdır. Hazırda əməlindən peşimandır. Barəsində İXM-nin 157-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməsini məhkəməədən xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, Tərtər şəhəri, Z.Tağıyev küçəsində yaşayır. 01 il olarki, Şəxs da onların qonşuluğunda qalır. Aralarında bir müddətdir ki, mübahisələri olur. xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində küçədə olarkən Asimə ilə rastlaşmış, aralarında yenidən mübahisə olmuşdur. Mübahisə zamanı qarşılıqlı şəkildə bir-birinin saçından, yaxasından tutaraq dalaşmış və nalayiq ifadələr işlətmişlər. Bu barədə Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış və hər ikisinin barəsində inzibati xəta haqqında prrotokol tərtib edilmişdir. Hazırda barışmışlar. Asiməni bağışlamışdır. Asimənin barəsində İXM-nin 157-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan “cinayət işinin başlanması rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tərtər rayon Polis Şöbəsinin icraatında olmuş HQK-1/658 və 659 saylı material üzrə aparılmış araşdırrmanın nəticəsində material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və ... Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 510-cu maddəsini tərkibi olduğu üçün barəsində tədbir görülması üçün qərarın surətinin Tərtər rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Tərtər şəhəri, Z.Tağıyev küçəsində qonşusu X3 döymüş və nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, hazırda Şəxs barışdığını və onun barəsində İXM-nin 157-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan inzibati əta törətmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, hazırda X5ilə barışdığını və barəsində İXM-nin 157-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Sakit Almasovun, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Tərtər şəhəri, Z.Tağıyev küçəsində qonşusu X3 döymüş və nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157 və 510cu maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə görə İXM-nin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışmalarını, zərərçəkmiş şəxslərin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmaması, tərəflərin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi lazım bilir ki, qanunvericilikdə barışığa görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmadığından Şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 ilk dəfə inzibati xəta törətməsini, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar