Məhkəmə qərarları › İş №3(061)-387/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-387/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-387/2025 03.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə xx.xx.1989-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 13 aprel 2025-ci il tarixdə saat 09:31 radələrində Tərtər şəhəri H.Z.Taqıyev küçəsində X2 nalayiq ifadələr təhqir etməklə xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin izahatları, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 13 aprel 2025-ci il tarixdə saat 09:31 radələrində yaşadığı Tərtər şəhəri H.Z.Tağıyev küçəsində qonşusu X3 ilə aralarında olan mübahisə zəmnində bir-birlərini təhqir etmişlər. Həmin vaxtı qonşuluğunda kirayədə yaşayan X3 onu təhqir etməklə yanaşı əli ilə itələmişdir. O da məcbur qalıb Asimə Hüseynovanı təhqir etmişdir. Hazırda əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs qismində dindirilən X3 izahatında göstərmişdir ki, 13 aprel 2025-ci il tarixdə saat təxminən 10 radələrində küçədə zibil atmağa gedən zaman yolda Şəxs ilə qarşılaşanda və həmin vaxtı sonuncu onun ünvanına nalayiq sözlər işlədərək təhqir etmiş, oda əsəbləşib Şəxs təhqir edən zaman əlbəyaxa olmuşlar və həmin vaxt sonuncu onun sifət nahiyəsinə yumruqla saçından çəkib yerə yıxmış, ayağa qalxdıqda Şəxs onun ünvanına yenidən nalayiq sözlər işlədərək saçından yolmuş, əlbəyaxa olan zaman Şəxs onu vurduğu üçün özünü müdafiə edib o da sonuncunu vurmuş və təhqir etmişdir. Hazırda şikayətçi olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd olunması haqqında Tərtər rayon Polis Şöbəsinin 02 may 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinin tərkibi olduğundan onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-in İTB-nə həvalə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 13 aprel 2025-ci il tarixdə saat 09:31 radələrində Tərtər şəhəri H.Z.Taqıyev küçəsində X2 nalayiq ifadələr təhqir etməklə xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar