Məhkəmə qərarları › İş №3(061)-4/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-4/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-4/2025 15.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X2, qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X5 iştirakları ilə X4 barəsində qəbul olunmuş qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında göstərmişdir ki, 17 dekabr 2024-cü il tarixdə saat 07-50 radələrində idarə etdiyi “VAZ 21074 mink” markalı avtomobillə Tərtər şəhəriin girişində olan körpüdən keçərək işə gedərkən yol polis əməkdaşları onu saxlatmışlar. Alkotesterlə onu yoxlamış və içkili olduğunu bildirmişlər. Ondan sprtli içki qəbul etdiyini soruşduqda əsəbiləşib “tut” arağı içdiyini bildirmiş, sonra xəstə olduğunu və araq içmədiyini demişdir. Onu Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Avtomobili DYP-in duracağına yerləşdirmişlər. X10 rayon X15 Patrul Xidməti inspektoru X8 onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin sənədin avtomobilin əşyalarının təhvil-təslimi ilə bağlı olduğunu hesab edib imza etmişdir. Onu içkili olması barədə həkim müayinəsindən keçirməmişlər. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermişdir. Həmin gün günorta saatlarında idarə etdiyi avtomobili DYPB-in duracağından götürmüşdür. Ona məlum olmuşdur ki, polis əməkdaşları onu 400 manat cərimə etmişlər. 1 ilə yaxındır ki, xəstəlikdən əziyyət çəkir, içki içmir, maddi vəziyyəti ağırdır. Göstərdiklərinə əsasən Tərtər rayon X15 Polis Bölməsi tərəfindən barəsində qəbul olunmuş X6 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru polis serjantı X8 məhkəmə iclasında şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Şikayətçi ilə heç bir ədavəti olmamış, Tərtər rayon sakini kimi tanımışdır. Belə ki, 17 dekabr 2024-cü il tarixində saat 08 radələrində xidmətdə olarkən X7 idarə etdiyi “VAZ 21074 mink” markalı avtomobillə Tərtər şəhər Heydər Əliyev prospekti ilə əsas körpüdən keçərək hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə onu saxlatmışlar. Müəyyən olunmuşdur ki, Yusif Paşayev içki qəbul etmişdir. Bu məqsədlə onun içkili olub-olmaması ilə bağlı ilkin müayinə testi keçirilmiş və həhiqətən içkili olması müəyyən edilmişdir. Ondan içki qəbul edib-etməməsi soruşulduqda Yusif Paşayev ağrıdığı üçün “tut” arağı içdiyini bildirmişdir. Yusif Paşayevin idarə etdiyi avtomobil DYPB-in dutacağına yerləşdirilmişdir. Həmin vaxt Yusif Paşayevin içkili olub-olmaması ilə bağlı alkotesterlə test keçirilmiş və təkrarən içkili olması müəyyən edilmişdir. Yusif Paşayevə içkili olub-olmaması ilə bağlı həkim müayinəsində keçməsi təklif olunmuş, lakin o imtina etmişdir. Yusif Paşayev barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və 400 manat cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. X4 şikayəti əsassızdır və təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Tərtər şəhəri, H.Əliyev prospektində X4 xx.xx.2024-cü il tarixdə saat 08-15-də idarə etdiyi “VAZ 21074 minik” markalı ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən içkili vəziyyətdə idarə etdiyi üçün Tərtər Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X8 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 08-15-də idarə etdiyi “VAZ 21074 minik” markalı ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən içkili vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş X12 haqqında qərar qəbul edilmiş və həmin maddələrlə 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alkotesterlə yoxlama zamanı aparatdan çıxarılmış nəticə qəbzindən görünür ki, X1 dərəcəsi 4,77 faiz təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 09-22 (göründüyü inzibati xəta haqqında ptokol tərtib edildiyi vaxtdan təqribən 1 saat sonra məlumat vermişdir) radələrində DİN-in 102 xidmətinə zəng edərək Tərtər şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ 21074 minik” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin YPX-in patrul avtomobilində xidmət aparan inspektor tərəfindən saxlanılması, spritli içki qəbul etməsi adı ilə müvəqqəti duracağa təmin edilməsindən narazı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə saat 13-50-də tərtib olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru polis serjantı X8 tərəfindən tərtib olunmuş həmin akta əsasən nəqliyyat vasitəsini Yusif Paşayevə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru polis serjantı X8 tərəfindən maddi sübut kimi məhkəməyə təqdim edilmiş yaddaş kartı (flyaş kart) dinlənilmişdir. Məlum olmuşdur ki, ilkin saxlanıldıqda Yusif Paşayevin içkili olub-olmaması ilə bağlı ilkin müayinə testi keçirilmiş, eləcə də duracağa gətirildikdə də alkotesterdən keçirilmiş, ona 4,77 faiz içkili olması bildirilmiş, Yusif Paşayev tərtib edilmiş sənədlərə, akta və inzibati xəta haqqında protokola imza etmişdir. Məhkəmə, X2, qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X5 izahatlarını dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 17 dekabr 2024-cü il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21074 minik” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etməklə idarə etmədiyindən saxlanılmış və onun içkili vəziyyətdə avtomobili idarə etdiyindən barəsində Azərbaycan Respublikası 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və X12 haqqında qərar qəbul edilərək 400 manat cərimə edilmişdir. Yuxarıda elan olunmuş sənədlərdən göründüyü kimi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X4 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, barəsində şikayət verilən şəxin izahatı təsdiq edilmişdir. X7 məhkəmə iclasında etiraf etmişdir ki, polis əməkdaşının sualına cavab olaraq əsəbiləşib “tut” arağı içdiyini demiş, lakin sonradan xəstə olduğunu ona içki içmədiyini bildirmişdir. Eləcə də Yusif Paşayevi YPX-in əməkdaşları səhər saat 08 radələrində saxlamış, onun içkili olub-olmaması ilə bağlı ilkin müayinə testi keçirilmiş, onun içkili olması müəyyən olunmuş, eləcə də Yusif Paşayev ikinci dəfə də YPB-in duracağında alkotester vasitısi ilə içkili olub olmaması yoxlanılmış, onun 4,77 faiz içkili olması müəyyən edilmiş, bununla bağlı ona bildirlmiş, o, tərtib edilmiş sənədlərə imza etmiş, bundan sonra saat 09-22-də yəni, aradan 1 saatdan çox müddət keçdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Yusif Paşayev xx.xx.2024-cü il tarixdə yol polis əməkdaşları onu saxlayaraqkən içkili olmaması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, eləcə də tesdən narazı qalaraq həmin dəqiqə DİN-in 102 xidmətinə zəng etməmiş, aradan təqribən 1 saatdan çox vaxt keçdikdən sonra zəng etmiş, həkim müayinəsindən keçmək istədiyini bildirmişdir. Halbu ki, o, alkoteterdən keçirilərkən ona həkim müayinəsindən keçməsi təklif olunsa da bundan imtina etmişdir. Yusif Paşayevin törətdiyi inzibati xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X8 tərəfindən tərtib olunmuş protokol və qəbul edilmiş qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 oğlunun şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 barəsində Tərtər rayon X11 X13 Yol Patrul Xidməti inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Tərtər rayon X11 X13 Yol Patrul Xidməti inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar