Məhkəmə qərarları › İş №3(061)-445/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-445/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-445/2025 07.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Tərtər rayon Polis Şöbəsinin əməkdaşı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə barəsində inzibati cərimə tətbiq edilməsi haqqında qərarı həmin qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta törətmiş şəxsə və Tərtər rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta törətmiş şəxsin və Tərtər rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan DİN-nin DYP Veb Portalından çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı Elektron qərarın surətindən görünür ki, Şəxs idarə etdiyi « VAZ 21150 » minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 20:41:39-da Yevlax-Bərdə-Ağdam yolu 34.8-ci km Şirvanlı kəndi girişi Ağdam istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozduğu üçün xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasən onun Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan DİN-nin DYP Veb Portalından xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 10 manat cərimə yazılmış və əlavə olaraq onun üzərinə 6 manat dəbbə pulu hesablanmışdır. İşdə olan DİN-nin DYP Veb Portalından çıxarılmış Tərtər rayon Polis Şöbəsinin əməkdaşı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, « VAZ 21150 » minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 03 ay müddətində icra etmədiyi üçün haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə prosesinin gedişində “AsanPay.az” elektron sistemində axtarış nəticəsində müəyyən olunmuşdur ki, Şəxs EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasən ona yazılmış cərimə və əlavə olaraq hesablanmış dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Şəxs idarə etdiyi « VAZ 21150 » minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 20:41:39-da Yevlax-Bərdə-Ağdam yolu 34.8-ci km Şirvanlı kəndi girişi Ağdam istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozduğu üçün xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasən onun Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Şəxs həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 03 ay müddətində cəriməni ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasən ona hesablanmış 10 manat cəriməni və hesablanmış 6 manat dəbbə pulu barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ödəmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları ələhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 529-cu maddəsinin 1-ci qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokola əsasında qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tətbiq edilmiş 10 manat məbləğində cəriməni və əlavə olaraq onun üzərinə hesablanmış 6 manat dəbbə pulunu ödədiyi üçün barəsində hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1978-ci ildə anadan olmuş, Tərtər rayonu Azadqaraqoyunlu kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixli, EQ 24234823 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Republikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında 3(061)-445/2025 saylı iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar