Məhkəmə qərarları › İş №3(061)-453/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-453/2025

26.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-453/2025 26.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Tərtər rayon Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Cəmilli kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 13 iyun 2025-ci il tarixdə saat 20:18 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməklə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 1-ci Qarabağ müharibəsində Tərtər özünü müdafiə batalionunda 1991-ci ildən 1994-cü ilə kimi döyüşlərdə iştirak etmişdir. Kontuziya almışdır. Ona veteranlıq haqqında vəsiqənin verilməməsinə görə dəfələrlə Müdafiə Nazirliyinə və yerli Komissarlığa müraciətlər etmiş olsa da heç bir müsbət nəticəsi olmamışdır. 13 iyun 2025-ci il tarixdə saat 20:18, 20:42 və 20:51-də bu səbəblərdən əsəbi olduğundan Müdafiə Nazirliyinə zəng etmək əvəzinə səhvən DİN-in 102 xidmət zəng mərkəzinə zəng etmişdir. Həmin vaxt özündə olmadığından, əsəbi halda olduğundan telefonda uca səslə danışaraq nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini və barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyinə görə tanımışdır, onunla qohumluğu və ədavəti yoxdur. Tərtib etdiyi inzibati protokolu qanuni və əsaslı hesab etmişdir. Həqiqətən də Şəxs 13 iyun 2025-ci il tarixdə saat 20:18 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməklə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Barəsində protokol tərtib olunan zaman və izahatı alınan zaman ilkin olaraq özünü təqsirli bilməsə də sonradan özünü səmimi aparmış, əməlini etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 13 iyun 2025-ci il tarixdə saat 20:18 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməklə ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar