Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-454/2025 14.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkən şəxs (tələbkar) X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tərtər şəhəri, Elman Səfərov küçəsi, bina 54, mənzil 32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 30 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində (345 x 0.44 = 151.80 manat ) alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon icra şöbəsinə daxil olmuş və müvafiq olaraq xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icrası ilə bağlı borcluya xəbərdarlıq göndərilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclunun hal hazırda 2355 manat aliment borcu yaranmışdır. Tələb edilsə də, borclu icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu icra sənədinin icrası ilə bağlı ödənişlərdən boyun qaçırır. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də borclu barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək. baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə tərəfindən vaxt verilsə də, Şəxs heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ondan övladları Sevgi və Ahunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. Hazırda alimentə görə 2355 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən ona vaxt verilsə də, ödəniş edə bilməmişdir. Tələbkara 250 manat pul verə bilər. Məhkəmə iclasında tələbkar şəxs X4 izahatında göstərmişdir ki, borclu Şəxs yalan deyir, pulu olur, amma gedib spirtli işki qəbul edir, lakin alimenti ödəmir. Borcludan ödənişi tələb edir. Ödənişi etmədiyi təqdirdə məhkəmədən borclunun tutulmasını xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində (345 x 0.44 = 151.80 manat ) alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. İşdə olan “icraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədinin könüllü icrası barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirməmişdir. Şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs yuxarıda adı çəkilən icra sənədləri üzrə tələbkar X3 2355 manat aliment borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkən şəxs (tələbkar) X1 və inzibati xəta törətmiş şəxsin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs 2(061)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə icra məmurunun, zərərçəkən şəxs (tələbkar) X1 və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Şəxs sözügedən icra sənədləri ilə əlaqədar icra məmrunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın, həbsin əvvəli 14 iyul 2025-ci il tarixdən saat 17:18- dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-454/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-454/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver