Məhkəmə qərarları › İş №3(061)-47/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-47/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-47/2025 16.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati material üzrə zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2, X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, deməsinə görə inzibati qaydada həbs olmamış, məhkum olmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Ağdərə rayon Gülyataq kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan sənaye tipli əmlak kompleksindən 35 metr mis kabeli oğurlamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ilə bağlı protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC mühafizə xidmətində mühafizəçi kimi işləmişdir. Təxminən 2024-cü ilin oktyabr ayından Ağdərə rayon Canyataq kəndində yerləşən mis zavodunda mühafizəçi kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:00 radələrində iş yoldaşı Kamran Usubovla xidmətdə olan zaman onun istirahət vaxtı olduğundan o oyaq növbədə qalmış əvvəlcədən həmin zavodun yanında içərisi mislə olan kabel görmüşdür. Evdə iki azyaşlı övladı olduğundan onların ehtiyacını ödəmək üçün həmin kabeli kəsərək aparmaq qərarına gəlmişdir. Təxminən 35 metr uzunluğunda içərisi mis olan kabeli rayon ərazisində tanımadığı mis, dəmir yığan bir şəxsə 20 manat dəyərində satmış və uşaqlarına yemək almışdır. Bu barədə heç kimə bildirməmişdir. Əməlimdən peşman olmasını bildirmiş və məhkəmədən barəsində yüngül inzbati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Ağdərə rayon Gülyataq kəndi ərazisində yerləşən sənaye tipli əmlak kompleksində ümümi uzunluğu 35 metr olan mis kabelin Şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X5 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Ağdərə rayon Gülyataq kəndi ərazisində yerləşən sənaye tipli əmlak kompleksində ümümi uzunluğu 35 metr olan mis kabelin Şəxs tərəfindən oğurlanmışdır. Şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. Məhkəmədən Şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurmuş ziyanlığı tam ödəməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Ağdərə rayon Gülyataq kəndi ərazisində yerləşən sənaye tipli əmlak kompleksində ümümi uzunluğu 35 metr olan mis kabelin Şəxs tərəfindən oğurlanmışdır. Şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. Məhkəmədən Şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurmuş ziyanlığı tam ödəməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağdərə rayon Gülyataq kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan sənaye tipli əmlak kompleksindən 35 metr mis kabeli oğurlamışdır. İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanmış material Tərtər rayon X7 Təhlükəsizlik Bölməsinə həvalə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbeh növündə cəza verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. İnzibati tənbehi Tərtər Rayon İcra və Probasiya Şöbəsinin müəyyən etdiyi yerdə çəksin. İnzibati tənbehin icrasının əvvəli inzibati tənbehin icrasına başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə elektron nəzarət vasitələrinin gəzdirmək, onların işlək vəziyyətdə saxlanması üçün qulluq etmək vəzifələri qoyulsun. Qərarın icrası Tərtər rayon icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar