Məhkəmə qərarları › İş №3(061)-477/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-477/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-477/2025 08.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tərtər Rayon Polis Şöbəsinin polisi sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Tərtər şəhəri Mərkəzi Bazarın qarşısında X1 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Azərbayan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Tərtər Rayon Polis Şöbəsinin polis sahə rəisi X7 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Günel Şahvələd qızını əvvəllər tanımamışdır. Həmin şəxs onun həyat yoldaşının üzərinə böhtan ataraq guya onun həyat yoldaşı ilə hər hansı münasibətinin olduğunu deyərək müxtəlif vaxtlarda onu təhqir etmişdir. Dəfələrlə onların barəsində rayon polis şöbəsində araşdırmalar getmişdir. Onun və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədib, həmin xanıma onun yoldaşı ilə heç bir əlaqələrinin olmadığını dediklərini, həmin xanımın yalandan böhtan ataraq şəhid ailəsi olmasından istifadə edərək yoldaşını görsə onu və ailə üzvlərini təhqir etdiyini, xx.xx.2025-ci il tarixdə Tərtər rayon mərkəzi bazarın qarşı tərəfində olan zaman həyat yoldaşının mağazaya daxil olan zaman Günel Bayramlının avtomobilin içərisindən onun barəsində nalayiq ifadələr işlətdiyini, onunda onu niyə nalayiq ifadələr işlədirsən oda şəhid anası olduğunu dediyini və yaxşı elədiyini bildirdiyini, onun nalayiq ifadələr işlətdiyini görüb avtomobilini ilə evə tərəf hərəkət etdiyini, bir müddət keçdikdən sonra həmin xanım idarə etdiyi avtomobili ilə onların arxasınca təhlükəli vəziyyətlər yaratdığını, daha sonra onlar evə getdikdən 10 dəqiqədən sonra həmin xanım avtomobili ilə darvazanın qarşısında saxlayaraq yenə nalayiq ifadələr işlədərək onları təhqir etdiyini, yaşadıqları ünvanı daşladığını sonra onun bu barədə DİNnin 102 xidmətinə məlumat verdiyini onunda bunu görüb oradan uzaqlaşaraq çıxıb getdiyini, həmin xanıma nalayiq ifadə işlətmədiyini bildirmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirmişdir ki, Tərtər rayonu Seydimli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Mədinə adlı qadını həyat yoldaşı Ruslan Bayramlıya göz qaş etdiyinə və onu özünə çəkmək istədiyini görüb tanımışdır. Həyat yoldaşının işlədiyi moykadan çıxandan sonra həmin xanımı bir daha görməmişdir. xx.xx.2025-ci il tarixdə Tərtər şəhər mərkəzi bazarın yaxınlığında ucuzluq deyilən yerdə idarə etdiyi Prius markalı avtomobili saxlayan zaman pəncərəni kiminsə döydüyünü gördüyünü, həmin şəxsin ona pəncərəni açmağını istədiyini, onunda pəncərəni açanda həmin şəxsin onu tanıyıb-tanımadığını soruşduğunu, onunda onun yoldaşını gördükdə onları tanıdığını dediyini, daha sonra ona təhqir edici ifadələr işlədərək neyniyim şəhid anasısan dediyini, avtomobilin pəncərəsindən boğazından tutaraq onu boğmağa başladığını, həmin vaxt onun həyat yoldaşı Mədinə ona çəkil özüm onu boğacam dediyini, onun onu boğduğunu görüb avtomobili arxaya və qabağa hərəkət etdirdiyini, onların oradan uzaqlaşmasını isdədiyini, lakin onların onun idarə etdiyi avtomobili təpikləməyə başladığını, onunda idarə etdiyi avtomobil ilə oradan uzaqlaşıb bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsinə qeyd olunan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, beləliklə İXMin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5 (beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar