Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-478/2025 08.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ QƏRAR ( inzibati xəta haqqında iş üzrə ) Tərtər Rayon Məhkəməsi Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, Tərtər rayonunun Ələsgərli kəndində qeydiyyatda olan, Bakı şəhərində krayədə yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 08 iyul 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 08 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü, X2 yetkinlik yaşına çatanadək saxlanılmalarıüçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat miqadarında alimentin tutularaq X7 ödənilməsi; Gəncə Şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək borclu Şəxs hər ay 170 manat miqdarında alimentin tutularaq X7 ödənilməsi; Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1481/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 5434 manat pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İcra sənədləri Tərtər rayon icra şöbəsinə daxil olmuş və müvafiq olaraq xx.xx.2019-cu il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Sözügedən icra sənədlərinin bir icraatda birləşdirilməsi barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. İcra sənədinin könüllü icrası ilə bağlı borcluya xəbərdarlıq göndərilmiş, lakin borclu icra sənədlərinin icrası təmin etməmişdir. Borclu telefon zənglərinə cavab versə də çağrışa gəlməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixdə borclunun evinə baxış keçirilmiş, lakin göstərilən ünvanda yaşamadığı məlum olmuş və barəsində axtarış qərarı qəbul edilmişdir. Bir il ərzində həyata keçirilən axtarışın nəticəsində borclu Şəxs xx.xx.2025-ci il tarixində Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclu verdiyi yazılı izahatında izahatında maddi imkanı olmadığını, heç bir yerdə işləmədiyi üçün icra sənədlərinin icrasını təmin edə bilmədiyini göstərərək, icra sənədlərinin icrası ilə bağlı heç bir hərəkət etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırda borclunun tələbkar X7 15114 manat aliment və tələbkar X4 isə 5464 manat borcu vardır. Borclu icra sənədlərinin icrası ilə bağlı qərəzli şəkildə ödənişlərdən boyun qaçırır . Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də borclu barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Hazırda onun tələbkar X7 15114 manat aliment və tələbkar X4 isə 5464 manat borcu vardır. Maddi imkanı olmadığından ondan tutulmalı olan alimenti və tələb olunan pulu ödəməmişdir. Heç bir yerdə işləmir və dövlətdən 80 manat veteranlıq muavinəti alır. Məhkəmə tərəfindən vaxt verilərsə hər iki icra sənədi üzrə hər ay 1000 manat ödəniş edə bilər. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 əlavə izahatında göstərmişdir ki, borclu Şəxs yalan danışır. Ona görə ki, o, bu gün Tərtər rayon İcra və Probasiya Şöbəsində yazılı izahat verərkən heç bir maddi imkanının olmadığını bildirmişdir. İndi isə yalandan hər iki icra sənədi üzrə hər ay 1000 manat ödəniş edə biləcəyini bildirir. O, məsuliyyətdən yanınmaq üçün belə deyir. Yenə də qaçıb gizlənmək istəyir. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü, X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat miqadarında alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs alimentə görə hər ay cəmi 170 manat məbləğində pulun tutulub tələbkar X7 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 5464 manat pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İşdə olan “icraata başlama haqqında” xx.xx.2019-cu il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan “icraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2024 saylı, xx.xx.2024cü il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədinin könüllü icrası barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan “icra snədlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023cü il tarixli və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İşdə olan borclu Şəxs tərəfindən Tərtər rayon İcra və Probasiya Şöbəsində yazılmış xx.xx.2025-ci il tarixli yazılı izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələrinin icrasının təmin etmədiyini qeyd etmişdir. İşdə olan Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməmişdir. Şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs yuxarıda adı çəkilən icra sənədləri üzrə tələbkar X7 15114 manat aliment və tələbkar X4 isə 5464 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-178/2015 saylı xx.xx.2015-ci il tarixli ,Gəncə şəhər Məhkəməsinin 2(125)-4003/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Şəxs sözügedən icra sənədləri ilə əlaqədar icra məmrunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın, həbsin əvvəli 08 iyul 2025-ci il tarixdən saat 19:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov Əsli ilə düzdür
Məhkəmə qərarları › İş №3(061)-478/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-478/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver