Məhkəmə qərarları › İş №3(061)-479/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-479/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-479/2025 07.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X5 oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Tərtər Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X2 vuraraq döymüş və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli iclasında Tərtər Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 çıxışında protokolu qərar əsasında tərtib etdiyini bildirərək X2 yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı Şəxs tərəfindən döyüldüyü barədə DİN 102 zəng xidməti mərkəzinə müraciət etdiyini və məsələ ilə bağlı Təhqiqat Bölməsində araşdırma aparıldığını qeyd etmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli iclasında iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bacısı Nəzakət ona zəng edərək Tərtər şəhəri, T.Rəhimov küçəsində yaşayan əvvəllər qonşuları olan Elnurə adlı xanımın ona zəng edərək bacısı Çimnazın səhhətinin pis olduğunu, onun baxımsız vəziyyətdə qaldığını, ona baş çəkməyin vacib olduğunu demişdir. O da bacısı Nəzakətlə Çimnaza baş çəkmək üçün səhəri gün, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində ona baş çəkməyə getmişlər. Bacısı Çimnaz ərə getmədiyi üçün ata evləri olan ünvan 1 ünvanında onunla birlikdə yaşamış, lakin qardaşı oğlu Ramil onu döyərək evdən qovduğuna görə hazırda böyük bacısı Nəzakətin evində müvəqqəti yaşayır. Nəzakət qeyd edilən ünvana gedəndə ata evlərində heç kəs olmamış, onlar içəri girəndə Çimnazı uzanıqlı vəziyyətdə görmüşlər.Çimnaz onları görən kimi üstlərinə gələrək saçından tutub ona döyməyə başlamış və bu vaxta qədər harda olduğunu demişdir, onlara aza pulu yığmağa gəldiyini deəyərək onları evdən qovmuşdur. Çimnaz onları vurmağa başlayanda bacısı Nəzakət onun əlindən süpürgəni alıb çölə tullamış və ona belə hərəkətlər etməməyi demişdir. Bu vaxt qardaşı gəlini Yekaterina çöldən süpürgəni götürüb gəlmiş və Çimnaza onun özünün baxdığını deyərək süpürgənin arxa hissəsi ilə onu və bacısı Nəzakəti vurmağa başlamışdır. Nəzakət onu Yekaterinanın əlindən alıb həmin yerdən uzaqlaşdırmaga başlamış və DİN 102 xidmətinə zəng vuraraq kömək istəmişdir.İfadəsinin sonunda o, X2 vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, Paşayeva Nəzakət qızının, Şəxs əməlində Azırbaycan Respublikası İXM_nin 157 və 564-cü maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə həvalə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 136 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarət – sol gözaltı səthinin, sağ bazunun orta və aşağı1/3-nin ön səthlərinin, sol bazunun orta 1/3-nin bayır səthinin qançıərları , döş qəfəsinin ön səthinin, boynunun sol yan səthinin aşağı şöbəsinin, sağ yan səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqlarıküt əşyanın təsiurindən törənmişvə dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri olmaqla həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə yetirilə bilərdi. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli 6(061)8/2025 saylı qərarından görünür ki, Tərtər Rayon Pollis şöbəsinin TB-nin təhqiqatçısı X6 HK-1/903, 904 və 905 saylı materail üzrə 15 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə onunla X3 arasında mübahisə olmuş, həmin vaxt o, X2 döyməmiş, ona qəsdən fiziki ağrı yetirməmişdir. Məhkəmə iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 136 saylı rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, işdəki digər sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X2 döyməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdəki mötəbər sübutlarla xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X2 döyməsi öz təsdiqini tapmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsin də nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar