Məhkəmə qərarları › İş №3(061)-5/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-5/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-5/2025 15.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X2, qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X3 iştirakları ilə X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasında göstərmişdir ki, 17 dekabr 2024-cü il tarixdə saat 07-15 radələrində idarə etdiyi “VAZ 21063 mink” markalı avtomobillə Tərtər şəhəriin girişində olan körpüdən keçərək hərəkətdə olarkən avtomobilinin işıqlarının biri yanmış, digəri yanmamışdır. Bu səbəbdən yol polis əməkdaşları onu saxlatmışlar. Ona içkili olduğu bildirilmiş və ilkin müayinə testi keçirmişlər. Onu Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Avtomobili DYP-in duracağına yerləşdirmişlər. Bir daha alkotester vasitəsi ilə Polis Şöbəsində onu testdən keçirmişlər. Ona 4 faiz içkili olduğu bildirilmişdir. Tərtər rayon X15 Patrul Xidməti inspektoru X5 onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin sənədə imza etmişdir. Onu içkili olması barədə həkim müayinəsindən keçirməmişlər. Bundan sonra o, 08- 20-də xəstəxanaya getmiş və müayinədən keçmişdir, onun içkili olmadığı müəyyən edilmişdir. Lakin bununla bağlı sənəd ona verilməmişdir. Ona məlum olmuşdur ki, polis əməkdaşları onu 400 manat cərimə etmişlər. Maddi vəziyyəti ağırdır. Göstərdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X5 məhkəmə iclasında şikayətin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Şikayətçi ilə heç bir ədavəti olmamış, Tərtər rayon sakini kimi tanımışdır. Belə ki, 17 dekabr 2024-cü il tarixində saat 08 radələrində xidmətdə olarkən X8 idarə etdiyi “VAZ 21063 mink” markalı avtomobillə Tərtər şəhər Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən avtomobilin işıqlarının biri yanmış, digəri isə yanmamışdır. Eləcə də sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə onu saxlatmışlar, idarə etdiyi avtomobil nasaz vəziyyətdə olmuşdur. Müəyyən olunmuşdur ki, Xaliq Əliyev içki qəbul etmişdir. Onun içkili olub-olmaması ilə bağlı ilkin müayinə testi keçirilmiş və həhiqətən içkili olması müəyyən edilmişdir. Xaliq Əliyevin idarə etdiyi avtomobili DYPB-in dutacağına yerləşdirilmişdir. Həmin vaxt Xaliq Əliyevin içkili olubolmaması ilə bağlı alkotesterlə test keçirilmiş və təkrarən içkili olması müəyyən edilmişdir. Xaliq Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və 400 manat cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. X6 şikayəti əsassızdır və təmin olunmamasını xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş X9 göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru işləyir. xx.xx.2024-cü il tarixdə Dünyamalı Orucovla birlikdə xidmət pararkən saat 07-40 radələrində X6 idarə etdiyi “VAZ 21063 mink” markalı avtomobilin işıq cihazı nasaz vəziyyətdə olduğundan onu saxlatmışlar. Xaliq Əliyevin sənədlərinə baxış keçirilərkən onun içkili olması müəyyən edilmişdir. Bu halı aydınlaşdırmaq üçün Xaliq Əliyevlə ilkin müayinə testi keçirilmiş və həqiqətən içkili olması müəyyən edilmişdir. Bundan sonra avtomobil duracağa aparılmışdır. Həmin vaxt sürücü həkim müayinəsindən imtina etmişdir. Avtomobilin təhvil-təslim aktı tərtib edilmişdir. Eləcə də Xaliq Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xaliq Əliyev tərtib edilmiş sənədlərə imza etmişdir. Onun 400 manat cərimə olunması ilə bağlı qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Tərtər şəhəri, H.Əliyev prospektində X6 xx.xx.2024-cü il tarixdə saat 07-40-da idarə etdiyi “VAZ 21063 mink” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarında nasazlıq olduğundan, təhlükəsizlik kəmərindən istifadə etmədən içkili vəziyyətdə idarə etdiyi üçün Tərtər Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 329.3, 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2024- cü il tarixdə saat 07-40-da idarə etdiyi “VAZ 21063 mink” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarında nasazlıq olduğundan, təhlükəsizlik kəmərindən istifadə etmədən içkili vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 329.3, 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş X12 haqqında qərar qəbul edilmiş və həmin maddələrlə 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alkotesterlə yoxlama zamanı aparatdan çıxarılmış nəticə qəbzindən görünür ki, X1 dərəcəsi 4,77 faiz təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 16-35 (göründüyü inzibati xəta haqqında ptokol tərtib edildiyi vaxtdan təqribən 9 saat sonra məlumat vermişdir) radələrində DİN-in 102 xidmətinə zəng edərək Tərtər şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ 21063 minik” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin YPX-in patrul avtomobilində xidmət aparan inspektor tərəfindən saxlanılması, onu tibbi müayinədən keçirmədən 360 manat cərimə edilməsindən narazı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə saat 16-00-da tərtib olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru polis serjantı X9 tərəfindən tərtib olunmuş həmin akta əsasən nəqliyyat vasitəsini Xaliq Əliyevə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru polis serjantı X5 tərəfindən maddi sübut kimi məhkəməyə təqdim edilmiş yaddaş kartı (flyaş kart) dinlənilmişdir. Məlum olmuşdur ki, Xaliq Əliyevin avtomobili duracağa gətirildikdə alkotesterdən keçirilmiş, ona 4,77 faizdən yuxarı içkili olması bildirilmiş, Xaliq Əliyev alkoteterin cavab qəbzinə, tərtib edilmiş akta və inzibati xəta haqqında protokola imza etmişdir. Məhkəmə, X2, qərarından şikayət edilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X3 izahatlarını və şahid ifadələrini dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X6 17 dekabr 2024-cü il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21063 minik” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazları nasaz vəziyyətdə olduğundan, təhlükəsizlik kəmərindən istifadə etməklə idarə etmədiyindən saxlanılmış və onun içkili vəziyyətdə avtomobili idarə etdiyindən barəsində Azərbaycan Respublikası 329.3, 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və X12 haqqında qərar qəbul edilərək 400 manat cərimə edilmişdir. Yuxarıda elan olunmuş sənədlərdən göründüyü kimi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X6 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, barəsində şikayət verilən şəxin izahatı, şahid ifadəsi ilə tam təsdiq edilmişdir. X8 məhkəmə iclasında içkili olub-olmamasının müəyyənləşdirilməsi üçün xəstəxanada müayinə olunduğunu bildirsə də bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Xaliq Əliyevin bu barədə göstərdiklərini həqiqətə uyğun hesab etməmiş, onun özünümüdafiə etməsi, cərimə məbləğinin ödənilməsindən yayınmaq məqsədi kimi qiymətləndirmiş və sübut növü kimi qəbul edilıməsini məqsədmüvafiq hesab etməmişdir. Bununla yanaşı Xaliq Əliyevi YPX-in əməkdaşları səhər saat 07-40-da saxlamış, onun içkili olub-olmaması ilə bağlı ilkin müayinə testi keçirilmiş, onun içkili olması müəyyən olunmuş, eləcə də Yusif Paşayev ikinci dəfə də YPB-in duracağında alkotester vasitısi ilə içkili olub olmaması yoxlanılmış, onun 4,77 faiz içkili olması müəyyən edilmiş, bununla bağlı ona bildirlmiş, o, tərtib edilmiş sənədlərə imza etmiş, bundan sonra saat 16- 35-də yəni, aradan 9 saata yaxın müddət keçdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Xaliq Əliyev xx.xx.2024-cü il tarixdə yol polis əməkdaşları onu saxlayaraqkən içkili olmaması ilə bağlı, eləcə də həkim müayinəsindən keçməsi və işkili olmaması barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, eləcə də tesdən narazı qalaraq həmin dəqiqə DİN-in 102 xidmətinə zəng etməmiş, aradan təqribən 9 saat vaxt keçdikdən sonra zəng etmiş, həkim müayinəsindən keçirmədən onu cərimə etdiklərini bildirmişdir. Halbu ki, o, alkotesterdən keçirilərkən ona həkim müayinəsindən keçməsi təklif olunsa da bundan imtina etmişdir. Xaliq Əliyevin törətdiyi inzibati xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X6 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X5 tərəfindən tərtib olunmuş protokol və qəbul edilmiş qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Tərtər Rayon X15 Patrul Xidməti inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X6 oğlunun şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 barəsində Tərtər rayon X11 X13 Yol Patrul Xidməti inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Tərtər rayon X11 X13 Yol Patrul Xidməti inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X12 Haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar