Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-537/2025 21.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs Yşar oğlunun iştirakı ilə, xx.xx.1970-ci ildə Tərtər rayonu Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər rayonu Balakəngərli kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Şəxs Yşar oğlu barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Yşar oğlu xx.xx.2025-ci il il tarixdə saat 21 radələrində Tərtər rayon Polis Şöbəsinin binasında ünvansız nalayiq ifadələr işlətməklə xirda xuliqanlıq hərəhətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 izahatında bildirmişdir ki, Şəxs Yşar oğlu xx.xx.2025-ci il il tarixdə şikayətlə əlaqədar Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. O, saat 21:00 radələrində Şöbədə olarkən əsəbi halda ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Bu səbəbdən raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Yşar oğlu həmin protokolla tanış olmuş, protokolla razılaşmış və heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs Yşar oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il il tarixdə şikayətlə əlaqədar Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. O, saat 21:00 radələrində Şöbədə olarkən əsəbi olduğu üçün ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, onlara məhəl qoymamışdır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan səhv etdiyini başa düşmüşdür. Hazırda etdiyi əməldən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, Tərtər rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəsifəsində işləyir. xx.xx.2025-ci il il tarixdə şöbədə əməliyyat-istintaq qrupunun üzvü olarkən Şəxs Yşar oğlu şikayətlə əlaqədar Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs Yşar oğlu saat 21:00 radələrində Şöbədə olarkən əsəbi halda ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Şəxs Yşar oğlunun Şöbənin inzibati binasında uca səslə söyüşlər söydüyünü, nalayiq ifadələr işlətdiyini, ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu görüb yaxınlaşmış və onu sakitləşdirməyə çalışsa da, Şəxs ictimai qaydanı pozmaqda davam etmişdir. Ona görə də təhqiqatçı X5 Nəzərov barəsində qanuni tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. İşdə olan Tərtər RPŞ-nin təhqiqatçısı Hüseyn Süleymanov tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs Yşar oğlunun uca səslə nalayıq ifadələr işlədərək iş ahəngini pozduğunu göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Yşar oğlu xx.xx.2025-ci il tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur. İşdə olan inzibati xəta törətmiş Şəxs Yşar oğlunun Tərtər rayon Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yşar oğlu xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Tərtər rayon Polis Şöbəsinin binasında ünvansız nalayiq ifadələr işlətmişdir. O, həmin protokolla razılaşaraq heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Onun əməli Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı protokol tərtib edən şəxsin, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Yşar oğlu xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Tərtər rayon Polis Şöbəsinin binasında ünvansız nalayiq ifadələr işlətməklə şöbənin iş ahəngini pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs Yşar oğlunun əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Yşar oğlunun əməlindən səmimi peşmanlıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, onun barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Yşar oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs Yşar oğlunun ictimai qaydalarına açıqca hörmətsizlik edərək, polisin iş rejimini pozmaqla xırda xuliqanlıq hərəkətlərinin etməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs Yşar oğlunun şəxsiyyətini və əməlindən peşiman olmasını bildirməsini nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:05-dən hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-537/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-537/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver