Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-551/2025 22.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Məmmədova Maya Vahid qızının sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Tərtər rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər Rayon Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonu Yuxarı Qapanlı kəndində həmkəndlisi X7 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə döymüşdür. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon Polis şöbəsinin polis sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə X1 Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gedərək tədbirlər görülərək zərərçəkmiş şəxsin xəsarət alması ilə bağlı həkim rəyi alındıqdan sonra xx.xx.2025-ci il tarixdə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək izahatında bildirmişdir ki, o, 28 iyun 2025-ci il tarixdə yaşadığı kəndin ərazisində olarkən keçmiş həyat yoldaşının əmisi oğlu X5 görüb ona yaxınlaşmış, həmin şəxsə əvvəl ondan şikayət etməsinin səbəbini soruşan zaman İbişin cavabında yaxşı edib şikayət etmişəm deməsinə görə aralarında mübahisə baş vermiş və o X5 döymüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında Şəxs onun əmisi qızı Şəkər Məmmədova ilə ailəli olub boşanmış, Eyvaz həyat yoldaşından boşandıqdan sonra ona qarşı münasibəti dəyişməyə başlamışdır. Hər dəfə onu görəndə ailəsinin onun tərəfindən dağılmasını deyib onunla mübahisə edib, narahat etmiş, dəfələrlə aralarında olan mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə yaşadıqları kənddə çayxanada olarkən Eyvaz gəlib ona yaxımlaşıb ailəsinin dağılmasına səbəbkar onun olmasını deyib nalayiq ifadələrlə təhqir edibhədələməyə başlamış, o səbəbdən də aralarında mübahisə baş vermiş, mübahisə zamanı Eyvaz ona yerə yıxıb təpiklə vurmaga başlamış, nəticədə baş və sağ qol nahiyyəsindən xəsarət almışdır. Sonda o, Şəxs ilə barışmadığını bildirərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada həbs olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş 15 iyul 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi-ekspertizasının 10 iyul 2025-ci il tarixli 159 saylı rəyindən məlum olur ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol ön təpə nahiyyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin arxa səthinin sıyrıqları– KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs zərərçəkmiş şəxsi vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və zərərçəkmiş şəxsin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Tərtər Rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət Sədrlik edən Maya Məmmədova
Məhkəmə qərarları › İş №3(061)-551/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-551/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver