Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-553/2025 08.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X7 oğlunun katibliyi Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Zərərçəkmiş şəxs (tələbkar) X2 Barəsində icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 13800 manat pul və 131.40 manat dövlət rüsumu tutularaq tələbkar X3 verilməsi qət edilmişdir. İcra vərəqəsi Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, icra vərəqəsi əsasında xx.xx.2025-ci il tarixli icra işi başlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə tərəfindən borclu Şəxs ödəniş üçün vaxt verilmiş və o, məhkəmə prosesinin gedişində 2020 manat + 700 manat olmaqla, ümumilikdə 2720 manat ödəmiş, bir həftə ərzində əlavə olaraq 500 manat da ödəniş edəcəyini, eləcə də qalan məbləğın ödənişinin təmin edəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X5 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 13800 manat pulun borclu Şəxs tutularaq ona verilməsi qət edilmişdir. Pulunun bütöv şəkildə ödənilməsini tələb edir. Əks halda məhkəmədən borclu Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ondan 13800 manat pulun tutularaq X3 verilməsi qət edilmişdir. Qərarın icrasından boyun qaçırmır, məhkəmə tərəfindən vaxt verildikddən sonra iki dəfə birinci dəfə 2020 manat, ikinci dəfə 700 manat ödəmişdir. Bir həftə ərzində də əlavə olaraq 500 manat ödəyəcəkdir. Məhkəmənin diqqətinə çatdırır ki, yaranmış olan borcu tələbkardan aldığı günəbaxan tumunun puludur. Həmin vaxt qiymət baha olmuş, lakin satarkən qiymət aşağı olduğundan zərər etmiş, sonradan tələbkara borc əvəzi olaraq 5 tondan yuxarı günəbaxan tumu vermişdir. Lakin indi tələbkar bunu danır. Buna baxmayaraq məhkəmə qərarının icrasını təmin edəcəkdir. Məhkəmə qərarının icrasından boyun qaçırmaq fikri yoxdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs 13800 manat məbləğində pul və 131,40 manat dövlət rüsumu tutularaq tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2022 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025 ci il tarxli və xx.xx.2025-ci il tarixli ödəniş qabzlərindən görünür ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar xx.xx.2025 ci il tarxldə 2020 manat və xx.xx.2025-ci il tarixdə 700 manat ödəniş etmişdir. İşdə olan borclu Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, qərarın icrasından boyun qaçırmadığını, xx.xx.2025 ci il tarxldə 2020 manat, xx.xx.2025-ci il tarixdə 700 manat ödəniş etdiyini, bir həftə ərzində də əlavə olaraq 500 manat ödəyəcəyini, o cümlədən qalan borc məbləğinin də ödənişini təmin edəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, zərərçəkmiş şəxsin (tələbkarın) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd edilən digər materialları ilə müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-257/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 13800 manat məbləğində pul və 131,40 manat dövlət rüsumunun tutularaq tələbkar X3 verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu qərarın icrasını təmin etməmişdir. Ona görə də icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs sözügedən icra sənədinin icrasından boyun qaçırması müəyyən olunmamışdır. Əksinə məhkəmə tərəfindən ödəniş üçün vaxt verildikdən sonra o, sözügedən borcdan məhkəmə prosesinin gedişində 2020 + 700 manat olmaqla, ümumilikdə 2720 manat ödəmiş, qalan borc məbləğinin də ödənişini təmin edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Şəxs məhkəmə tərəfindən verilən müddət ərzində ümumilikdə 2720 manatını ödəmiş, qalan məbləğin də ödənişini təmin edəcəyinə söz vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-553/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-553/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-553/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver