Məhkəmə qərarları › İş №3(061)-554/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(061)-554/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(061)-554/2025 08.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızı , X1 onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X3 şikayət ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, onu yolda saxlayan Xİİİ X7 Xidməti inspektoru, polis baş leytenantı X4 ona yolda dönmə əməliyyatını düzgün etmədiyini irad tutmuşdur, lakin Yol Polis işçisi bunu sübut edə bilməmişdir. Bundan başqa, X3 qeyd edir ki, inzibati xəta haqqında İXP ******* nömrəli Protokoldan görünür ki, X3 HYUNDAİ SOLARİS minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsinin tələblərini pozub. Lakin protokolda görünmür ki, o hansı əməliyyatı düzgün etməyib, yəni hansı xətanı törədib. Beləliklə, X3 əsaslandırır ki, İnzibati Protokolda onun İXM-nin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətanın mahiyyəti, nədən ibarət olması və onun təqsirinin nədən ibarət olması göstərilməmiş, eyni zamanda məsuliyyəti hər hansı dəlillə sübut edilməmişdir. Odur ki, bütün göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X3 barəsində İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə olunmuşdur. X3 isə onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyi inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş, yalnız həmin protokolu mübahisələndirmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, yalnız barəsində tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı mövqeyə əsasən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından şikayətə bir qayda olaraq inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmalıdır. Yalnız barəsində icraat aparımış şəxsin vəsatəti olduqda, həmin şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı halda isə X1 bu barədə vəsatəti mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar