Məhkəmə qərarları › İş №3(061)-555/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-555/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-555/2025 24.07.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Тərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs оğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Tərtər rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Tərtər rayonu Dəmirçilər ərazi dairəsi, Ağkənd kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Тərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 24 iyul 2025-ci il tarixdə Тərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 19:30 radələrində Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Тərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmət aparan polis əməkdaşı tərəfindən Tərtər rayonu, Cəmilli kəndi ərazisində yerləşən “Göyçə” kafesində saxlanılarkən polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Belə ki, xx.xx.2025-ci tarixdə saat 19:30 radələrində Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində münaqişə olması ilə bağlı DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmət aparan polis əməkdaşları ora getmiş, hadisə yerində münaqişə edən şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və izahatlarının alınması məqsədilə Tərtər Rayon Polis şöbəsinə dəvət edən zaman həmin şəxslər uca səslə nalayiq ifadələr işlədərək RPŞ-nə getməyə öz etirazlarını bildirmişlər. Polis əməkdaşları həmin şəxsləri dəfələrlə nizam-intizamlı olmağa və ictimai qaydanı pozmamağa dəvət etsələrdə, həmin şəxslər nümayişkaranə şəkildə öz hüquqazidd əməllərini davam etmişlər. Ona görə də Şəxs saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və barəsində şöbə rəhbərliyinə raportla müraciət edilmişdir. Həmin raport əsasında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs оğlu həmin protokolla tanış olub heç bir qeyd vermədən imzalamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 19:30 radələrində Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində əyləşən zaman tanımadığı bir nəfər şəxsin və tanışı Əkbərin mübahisə etdiklərinin şahidi olub həmin şəxsləri aralaşdırmağa getmişdir. Daha sonra polis əməkdaşları izahatının alınması məqsədilə onu Tərtər RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Tərtər RPŞ-nə gəlmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 оğlu izahatında bildirmişdir ki, Тərtər rayon Polis Şöbəsinin İTB-nin sahə rəisidir. xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olan zaman Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində münaqişə olması ilə bağlı DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupununun üzvləri ilə birlikdə ora getmiş, hadisə yerində münaqişə edən şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və izahatlarının alınması məqsədilə Tərtər Rayon Polis şöbəsinə dəvət edən zaman həmin şəxslər uca səslə nalayiq ifadələr işlədərək RPŞ-nə getməyə öz etirazlarını bildirmişlər. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizamlı olmağa və ictimai qaydanı pozmamağa dəvət etsələrdə, həmin şəxslər nümayişkaranə şəkildə öz hüquqazidd əməllərini davam etmişlər. İşdə olan Тərtər rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Kənan Şükürov tərəfindən Tərtər RPŞ-nin rəisi polis polkovniki Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olarkən Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində münaqişə olması ilə bağlı DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis şöbəsinin əməliyyat-istintaq qrupununun üzvləri ilə birlikdə ora getmiş, hadisə yerində münaqişə edən şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və izahatlarının alınması məqsədilə Tərtər Rayon Polis şöbəsinə dəvət edən zaman həmin şəxslər uca səslə nalayiq ifadələr işlədərək RPŞ-nə getməyə öz etirazlarını bildirmişlər. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizamlı olmağa və ictimai qaydanı pozmamağa dəvət etsələrdə, həmin şəxslər nümayişkaranə şəkildə öz hüquqazidd əməllərini davam etmişlər. Həmin şəxslərin onun qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərdiyini, nizam-intizama dəvət etsə də, həmin şəxsin hərəkətlərini davam etdiyini görərək barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Тərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs həmin protokolla tanış olmuş və onu imzalamışdır. Оnun əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan Тərtər rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bеləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Тərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, inzibati xəta törətmiş şəxsin və şahidin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 19:30 radələrində Tərtər rayonu, Cəmilli kəndində yerləşən “Göyçə” kafesində xidmət aparan polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, törətdiyi inzibati xətaya görə xx.xx.2025-ci il tarixdə saat 20:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə prosesinin gedişində Şəxs müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə inzibati xətanın xarakterini, törədilməsi hallarını, Şəxs təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 20:35-dən inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (bir yüz əlli) manat müəyyən edilsin. Şəxs оğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar