Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-566/2025 11.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X8 oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Kəlbcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdərə rayonunun Suqovşan qəsəbəsi, bina 4, mənzil 1də yaşayan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 11 avqust 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində sərxoş vəziyyətdə bir nəfər şəxslə mübahisə zamanı uca səslə qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Onun bu hərəkətləri həmin ərazidə yaşayan sakinlərin də haqlı narazılıqlarına səbəb olmuş və 40-50 nəfər sakin Tərtər rayon polis şöbəsinə həmin şəxslərlə bağlı şikayət edəcəklərini bildirmişlər. Bu hərəkətlərinə görə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və raport əsasında onun barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs qismində dindirilən Şəxs izahatında bildirmişdir ki, Ağdərə rayonunun Suqovşan qəsəbəsi, bina 4, mənzil 1 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində yaşadıqları binanın qarşısında Amil adında qoşusu ilə qarşılıqlı zarafat etmişlər. Həmin vaxt 1 bakal pivə içdiyindən bir qədər sərxoş olmuş, Amil çox sərxoş olmuşdur. Zarafatları sonradan mübahisəyə çevrilmiş və aqressivləşərək uca səslə bir-birilərinə kobud ifadələr işlətmişlər. Bu hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmişdır. Şöbədə izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda səhv etdiyini başa düşür. Törətdiyi hərəkətə görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon Polis Şəbəsinin PPX-nin əməkdaşı X3 bildirmişdir ki, digər polis əməkdaşı Rəhimli Mahir ilə birlikdə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində səs küy eşitmiş və iki nəfər şəxsin mübahisə etdiyini görüb həmin əraziyə yaxınlaşmışlar. Həmin şəxslərdən biri, şəxsiyyəti sonradan bəlli olan Şəxs sərxoş vəziyyətdə uca səslə qışqıraraq səs-küy salıb nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu isə qəsəbə sakinlərinin haqlı narazılıqlarına səbəb olmuşdur. Həmin yerdə təxminən 40-50 nəfər bina sakinləri toplaşaraq Tərtər rayon polis şöbəsinə gedib həmin şəxslərlə bağlı şikayət edəcəklərini bildirmişlər və müvafiq tədbir görülməsini tələb etmişlər. Bundan sonra Şəxs saxlayaraq Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon Polis Şəbəsinin PPX-nin əməkdaşı X6 şahid X1 izahatına uyğun izahat vermişdir. İşdə olan Tərtər rayon Polis Şəbəsinin PPX-nin əməkdaşı Nurlan Nəbizadə tərəfindən Tərtər RPŞ-nin rəisi Elçin Qasımovun adına yazılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, o, digər polis əməkdaşları Şahbazlı Əlizamin və Rəhimli Mahir ilə birlikdə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Tərtər rayonu, Suqovuşan qəsəbəsində səs-küy eşitdiklərini, yaxınlaşdıqda orada bir neçə adamın toplaşdığını, iki nəfər şəxsin mübahisə etdiyini, həmin iki şəxsi polis şöbəsinə gətirdiklərini, RPŞ-də həmin şəxslərin Tərtər rayonu, Suqovuşan qəsəbəsi sakinləri Şəxs və X5 olması müəyyən edildiyini göstərərək, barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan inzibati xəta törətmiş Şəxs Tərtər rayon Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, o, məhkəmə iclas zalında verdiyi izahatın məzmununa uyğun izahat vermişdir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:25-də inzibati qaydada tutulmuşdur. İşdə olan Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonunun Suqovşan qəsəbəsində ictimai qaydanı pozmuşdur. Şəxs heç bir qeyd vermədən həmin protokolu imzalamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı protokol tərtib edən şəxsin və inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonunun Suqovşan qəsəbəsində nalayiq ifadələr və söyüşlər işlətməklə birgəyaşayış qaydalarına açıqca hörmətsizlik edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati xəta törətmiş şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşiman olmasını bildirməsini məsuliyyəti yüngülləşdirən hal kmi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə birgəyaşayış qaydalarına açıqca hörmətsizlik edərək ictimai qaydanı pozmasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati həbs etmənin əvvəli məsələsini müzakirə edərək hesab edir ki, Şəxs inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 00:25-də tutulduğundan həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 00:25-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən saat 00:25dən hesablansın. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №3(061)-566/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-566/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver