Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-567/2025 11.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kəlbəcər rayonu İstibulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Ağdərə rayonu Suqovuşan qəsəbəsi bina 5 mənzil 2 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 10 avqust 2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu Suqovuşan qəsəbəsində uca səslə səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 10 avqust 2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu Suqovuşan qəsəbəsində uca səslə səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Belə ki, həmin vaxt qonşusu Loğmanla yaşadıqları binanın qarşısında söhbət edərək, qarşılıqlı zarafat etmişlər və sonda zarafat əsnasında aralarında narazıçılıq yaranmış və həmin vaxt onlar əsəbləşərək bu səbəblə də aralarında sözlə mübahisə yaranmış artıq onlar bir-birlərinə qarşı aqresivləşərək və uca səslə bir-birlərinə kobud ifadələr işlədərək haqlı şəkildə qəsəbə sakinlərinin narazılığına səbəb olmuşlar. Bundan sonra etmiş olduğu qayda pozuntusu barədə təkrar ona izah edilərək barəsində protokol tərtib edilmişdir. Əməlindən peşman olmasını bildirmiş, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti qərəzi və düşmənçiliyi yoxdur. Onun barəsində protokol tərtib edilən vaxtı və izahatı alınan zaman Şəxs özü səmimi etiraf etmişdir ki, 10 avqust 2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu Suqovuşan qəsəbəsində uca səslə səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşları onu sakitləşdirib nizam-intizama dəvət etmişlər. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-nin polis serjantı şahbazlı Elzamin Xəlil oğlu izahatında göstərmişdir ki, xidmətdə olan zaman xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Suqovuşan qəsəbəsində səs-küy eşidib ora yaxınlaşıb, bir neçə adamın toplaşdığını görüb ora yaxınlaşan zaman 2 nəfər şəxsin mübahisə etdiyini görmüş özlərini təqdim edərək onları RPŞ-nə dəvət etmişlər. Həmin vaxt onlar bir-birlərinə qarşı uca səslə nalayiq ifadələr işlətmişlər. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 10 avqust 2025-ci il tarixdə saat 22:30 radələrində Ağdərə rayonu Suqovuşan qəsəbəsində uca səslə səs-küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan 11 avqust 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2025-cü il tarixdə saat 00:25 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 00:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-567/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-567/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver