Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-568/2025 11.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1969-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 09 avqust 2025-ci il tarixdə saat təxminən 17:30 radələrində Tərtər şəhər H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında protokol üzrə təqsirli bilərək göstərdi ki, 09 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində Tərtər şəhəri H.Əliyev prostektində olmuşdur. Həmin vaxt orada işləyən Mənsurə adlı xanımla mübahisə etmişdir. Mübahisəyə səbəb Mənsurənin ondan borcunu istəməsi olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb, onu nizam-intizama dəvət etmişlər. O içkili vəziyyətdə olduğundan polis əməkdaşlarının qanuni tələblələrinə qəsdən tabe olmamış, polis əməkdaşları ilə bərabər RPŞ-nə getməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Barəsində protokol tərtib olunmuş, protokola imza etmiş, izahatı alınmışdır. Hazırda əməlindən peşiman olmuş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-in polis nəfəri polis kiçik serjantı X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində raport tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Tərtər şəhər H.Əliyev prospektində xidmətdə olan zaman bazarın qarşısında iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək mübahisə etməsini görüb onlara yaxınlaşıb, özünü təqdim edərəkonları nizam-intizama dəvət etmişdir. Həmin vaxt Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən də onu xidməti avtomobillə RPŞ-nə gətirərək raportla rəhbərliyə müraciət edərək Şəxs hərəkətlərini məruzə edərək onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokol tərtib edən şəxs Tərtər RPŞ-in İTB-in sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs rayon sakini kimi tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində tərtib olunmuş protokola imza etmiş, izahatını sərbəst yazmışdır. Təsdiq edir ki, Şəxs 09 avqust 2025-ci il tarixdə saat təxminən 17:30 radələrində Tərtər şəhər H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də protokolu təsdiq edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 09 avqust 2025-ci il tarixdə saat təxminən 17:30 radələrində Tərtər şəhər H.Əliyev prospektində ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 09 avqust 2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 avqust 2025-cü il tarixdə saat 18:15 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 09 avqust 2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-568/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-568/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver