Məhkəmə qərarları › İş №3(061)-569/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-569/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-569/2025 12.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(061)-639/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 25569 (iyirmi beş min beş yüz altmış doqquz) manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(061)-639/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 25569 (iyirmi beş min beş yüz altmış doqquz) manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Hazırda borclu Şəxs tələbkarlar X4 25569 (iyirmi beş min beş yüz altmış doqquz) manat borcu vardır. Borclu Şəxs hazırki vaxta qədər tələbkarlara heç bir ödəniş etməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(061)-639/2018 saylı icra sənədinə əsasən borclu kimi ondan 25569 (iyirmi beş min beş yüz altmış doqquz) manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməli olduğu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Hesab etmişdir ki, tələbkardan borc alıb onu da qaytarmışdır. Buna baxmayaraq əməlindən peşmandır. Gələcəkdə borclu olduğu məbləği az məbləğdə aylara bölünəcəyi təqdirdə hər ay ödəniş edəcəkdir. Məhkəmə tərəfindən borc məbləğinin ödənilməsi barədə ona möhlət verilsə belə həmin borcu tam şəkildə ödəyə bilməyəcəkdir. Odur ki, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Tərtər Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(061)-639/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 25569 (iyirmi beş min beş yüz altmış doqquz) manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şəxs icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 ( beş yüz ) manat məbləğində inzibati cərimə edilsin Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar