Məhkəmə qərarları › İş №3(061)-572/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-572/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-572/2025 15.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bərdə rayonu Uğurbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 13 avqust 2025-ci il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ- 2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziq-zaq vari manevrlər edərək avtoxuliqanlıq etməklə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta hadisəsini törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, 13 avqust 2025-ci il tarixdə saat 23 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən “OBA” marketinin qarşısında dönüb qayıdan zaman idarə etdiyi “VAZ-2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili yerindən götürəndə şinlərindən ciyilti səsi gəlmiş və ziq-zaq vari hərəkətlər etmişdir. Sonra onu YPX-nin əməkdaşı saxlamış və avtoxuliqanlıq etdiyini deyib avtomobilini DYPB-in müvəqqəti duracağına yerləşdirilmişdir. Özü qanun pozuntusuna yol verdiyini dərk edir. Bir daha bu kimi qanun pozuntusuna yol verməyəcəyinə söz verir. Barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs 13 avqust 2025-ci il tarixdə saat 23 radələrində Tərtər şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziq-zaq vari manevrlər edərək avtoxuliqanlıq etməklə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta hadisəsini törətmişdir. Həmin sürücünün kimliyini müəyyən edərək avtomobil DYPB-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 13 avqust 2025-ci il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ-2109” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziq-zaq vari manevrlər edərək avtoxuliqanlıq etməklə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta hadisəsini törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən halları, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında olan cərimə və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 1 il nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası 7 Saylı Yevlax Rayonlararası X2 və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar