Məhkəmə qərarları › İş №3(061)-573/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-573/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-573/2025 02.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Tərtər Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 15000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 136 manat alınaraq müştərək qaydada iddiaçılar X2 və X8 verilməli, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 150 manat pul cavabdeh Şəxs tutulub SAP (XİİS), X3 kod 210005, VÖEN**********, M/H Az41NABZ********************, S.W.İ.F.T.Bik:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********2088501 saylı hesaba keçirilməlidir. Tərtər Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmiş, eyni zamanda izahatı alınmışdır. Borclu icra sənədində göstərilən borcun olmamasını bildirmişdir. Bununla yanaşı borclu Şəxs sözügedən icra sənədinin icrasını təmin etmədiyi üçün Tərtər Rayon Məhkəməsinin 3(061)-101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, tələbi qanunla müəyyən edilmiş müddətə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolun məzmununa uyğun ifadə verərək Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında maddi imkanın zəif olduğuna görə borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Sonda o, barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 çıxışında borclu Şəxs dəfələrlə onu aldatdığını və borcunu ödəmədiyini bildirmişdir. Sonuncunun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbi icra etmir. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 15000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 136 manat alınaraq müştərək qaydada iddiaçılar X2 və X8 verilməli, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 150 manat pul cavabdeh Şəxs tutulub SAP (XİİS), X3 kod 210005, VÖEN**********, M/H Az41NABZ********************, S.W.İ.F.T.Bik:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********2088501 saylı hesaba keçirilməlidir. - xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Tərtər Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Amil Səfərov xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Tərtər Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-576/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını icra edilməsi barədə xəbərdar edilmişdir. - Tərtər Rayon Məhkəməsinin 3(061)-101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Borclunun Tərtər Rayon İcra və Probasiya şöbəsində verdiyi izahatlardan görünür ki, o, maddi imkanı ilə əlaqədar həmin borcu tam şəkildə ödəyə bilmir, hal-hazırda işləyir və 400 manat əmək haqqı alır. Himayəsində 3 uşağı var, uşaqlarını tək böyütdüyü üçün borcunu tam şəkildə ödəməyə gücü çatmır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar