Məhkəmə qərarları › İş №3(061)-583/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-583/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-583/2025 01.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə barəsində tərtib olunmuş protokola Tərtər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri Elman Səfərov küçəsində X12 Sistemlərinin İdarəsinin balansında olan içməli su xəttinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs əməli barəsində tərtib olunmuş protokol, ona əlavə olunmuş sənədlər və iş materialları tam təsdiqini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati material üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidməti 7 saylı X8 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs rəsmi qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər . Belə olan halda məhkəmə onların iştirakları olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidməti 7 saylı X9 protokolu onunla əsaslandırmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri Elman Səfərov küçəsində X12 Sistemlərinin İdarəsinin balansında olan içməli su xəttinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, protokola əlavə olunmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidməti 7 saylı X5 19 avqust 2025-ci il tarixli, 10 saylı sərəncamından görünür ki, həmin idarənin baş müfəttişi X7 və böyük məsləhətçi-müfəttiş X3 Tərtər rayon İnzibati ərazisi 6(altı) iş günü müddətində nəzarət tədbirləri keşirilməsinə sərəncam verilmişdir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X4 Xidməti 7 saylı X5 20 avqust 2025-ci il tarixli, 001410 saylı Aktdan görünür ki, X12 Sistemlərinin İdarəsi tərəfindən 13 avqust 2025-ci il tarixdə ünvanlanmış 3-53-2-59/2-415 nömrəli məktubla müraciətinə əsasən Suların istifadəsinə və X4 Xidməti 7 saylı X9 tərəfindən 19 avqust 2025-ci il tarixdə 10 nömrəli sərəncamla Azərbaycan Respublikası “Su Məcəlləsi”-in “ Su təchizatı və X6” Qanunun tələblərinə riayət etmək məqsədi ilə keçirilmiş nəzarət tədbirləri zamanı Tərtər şəhəri Elman Səfərov küçəsində (kooredinatlarda yerləşən bağ sahəsinə Şəxs tərəfindən heç bir hüquqmüəyyənedici sənədi olmadan su xəttinə qoşularaq istifadə etdiyi aşkar edilmişdir. Nəticədə Şəxs 40,20,27.2 № 46, 57,13.1 E) “Su Məcəlləsi”-in “ Su təchizatı və X6” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozmuşdur. İşdə olan Şəxs izahatından görünür ki, Tərtər şəhəri Elman Səfərov küçəsində istifadəsində olan sənədsiz torpaq sahəsində bir neçə ağac əkmişdir, onlara qulluq etməkdən ötrü həmin ağacların suvarılması məqsədi ilə həmin küçəyə su çəkilişi zamanı ona da su çəkmişlər. Dəfələrlə aidiyyəti üzrə Su İdarəsinə müraciət etmişdir ki, bağa su sayğacı qoysunlar. Müraciət etməsinə baxmayaraq bağa su sayğacı qoymamışlar. O da məcbur olub sayğacsız su xəttinə qoşulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri Elman Səfərov küçəsində X12 Sistemlərinin İdarəsinin balansında olan içməli su xəttinə qanunsuz qoşulmaqla suyun talanması əticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs əməli barəsində tərtib olunmuş protokol, ona əlavə olunmuş sənədlər və iş materialları tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar