Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-585/2025 22.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdam rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nəcəfov X4 Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, materiallar məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Tərtər şəhəri Ə.Paşayev küçəsində özünə məxsus Mersedes markalı **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili narkotik vasitə olan marixuananın təsiri altında istifadə etmişdir. Nəcəfov X4 Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsində olarkən yolun kənarında bir ədəd bükümdə narkotik vasitəyə bənzər ot tapmış və həmin narkotik vasitəni yerdən götürüb daha sonra etibarnamə əsasında idarə etdiyi Mersedes markalı **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınına əyləşmiş, maşınında həmin narkotik vasitəni qəbul etdikdən sonra həmin avtomaşını idarə edərkən yol patrol xidmətinin əməkdaşları onu saxlatmış, onun içkili olubolmamasını soruşmuşlar. Həmin vaxt içki qəbul etməməsini bildirmişdir. Lakin səmimi olaraq etiraf etmişdir ki, narkotik vasitənin təsiri altında avtomaşını idarə edir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşman olmuşdur. Təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında göstərmişdir ki, barəsində protokol tərtib olunmuş şəxsi əvvəllər tanımamışdır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Tərtər şəhəri Ə.Paşayev küçəsində Tərtər RPŞ-in DYPB-nin YPX inspektorları polis baş seryantı Asəf Quluyev və polis baş serjantı Dünyamalı Orucov ilə birlikdə xidmətdə olarkən Mersedes markalı **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil şəhərin işıqlandırılmış sahəsində uzaqvuran işıqdan istifadə etdiyi üçün tərəflərindən saxlanılmış, yoxlama zamanı sürücü özünüşübhəli apardığı üçün həmin şəxs Tərtər rayon DYPB-nə gətirilərək ilkin müayinə testindən keçirilən zaman müəyyən olmuşdur ki, sürücü Şəxs narkotik vasitə olan marixuana istifadə etməklə vatonəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəcəfov X4 Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Belə ki, işdə olan İnzibati Xəta haqqında İXP ******* saylı xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333-1.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. İşdə olan 22 avqust 2025-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2404 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinədən keçirilmişdir. İşdə olan X5 Haqqında protokoldan görünür ki, Şəxs 21 avqust 2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1994-cü ildə anadan olmuş, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın icrası 7 saylı Rayonlararası İmtahan Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-585/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-585/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver