Məhkəmə qərarları › İş №3(061)-586/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-586/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-586/2025 26.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X10 oğlunun katibliyi Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Tərtər rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Alimentin vaxtı-vaxtında ödənilməsi təmin edilməmiş, nəticədə borclunun 1150 manat borcu yaranmışdır. Aliment borcun ödənilməsi təmin edilmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Şəxs ödəniş üçün vaxt verilmiş və o, borcundan bir dəfə 450 manat, bir dəfə də 100 manat olmaqla, ümumilikddə 550 manatını ödəmişdir. Qalan məbləğin ödənişinə söz vermişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 verilməsi qərara alınmışdır. İcra sənədinin icrasından boyun qaçırmır. Hazırda Ağdərə rayonunda günlük 16 manata fəhlə işləyir və əmək haqqının verilməsində gecikmələr olduğu üçün icra sənədinin icrasını vaxtı-vaxtında təmin etməkdə çətinlik çəkir. Buna baxmayaraq məhkəmə tərəfindən ona ödəniş üçün vaxt verilmiş və o, məhkəmə prosesinin gedişində iki dəfə, yəni 450 manat bir, 100 manatt da bir olmaqla ümumilikddə 550 manatını ödəmişdir. Qalan məbləğin ödənişini təmin edəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün 2025ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Əliyev X4 Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsini icra etmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, borclu Əliyev X4 Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsini icrası ilə əlaqədar xx.xx.2025ci il tarixdə 450 manat və xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin yuxarıda qeyd edilən digər materialları ilə müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-321/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclunun alimentə görə 1150 manat borcu yaranmışdır. Ona görə də icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs sözügedən icra sənədinin icrasından boyun qaçırması müəyyən olunmamışdır. Əksinə məhkəmə tərəfindən ödəniş üçün vaxt verilddikdən sonra o, sözügedən borcdan hissə-hissə ümumilikdə 550 manat məbləğində ödəmiş, qalan borc məbləğinində ödənişini qısa müddətdə təmin edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Şəxs məhkəmə tərəfindən verilən müddət ərzində 1150 manat borcundan 550 manatını ödəmiş, qalan məbləğin də ödənişini təmin edəcəyini bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Ona görə də, onun barəsində inzibati xəta haqqında işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ-ci hissəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(061)-586/2025 saylı işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar