Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-599/2025 30.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Yevlax rayonu Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Yevlax rayonu Qaramanlı kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Zeynallı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 30 avqust 2025-ci il tarixdə saat 10:00 radələrində Tərtər şəhəri H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Tərtər şəhər ərazisində ucadan nalatiq ifadələr işlədən zaman polis əməkdaşları ona yaxınlaşıb inzibati qaydanı pozduğunu ona izah edib onu RPŞ-nə dəvət etmişlər. Həmin vaxt əsəbi vəziyyətdə olduğundan özündən asılı olmayaraq nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə dəvət edib, barəsində protokol tərtib edilmişdir. Hazırda əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyinə görə tanımışdır, onunla qohumluğu və ədavəti yoxdur. Tərtib etdiyi inzibati protokolu qanuni və əsaslı hesab etmişdir. Həqiqətən də Şəxs 30 avqust 2025-ci il tarixdə saat 10:00 radələrində Tərtər şəhəri H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində protokol tərtib olunan zaman və izahatı alınan zaman özünü təqsirli bilmiş, əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dinrilən X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:30-da Tərtər RPŞ-in PPXB-nin polis nəfəri, polis serjantı Nəsibli Pünhan ilə birlikdə Tərtər şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməyin ictimai qaydanı pozduğunu və inzibati məsuliyyətə səbəb olduğunu izah etmişlər. Daha sonra izahatının alınması üçün həmin şəxsi Tərtər RPŞ-nə dəvət etmişlər. RPŞ-də onun Goranboy rayonu Zeynallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs olduğu məlum olmuşdur. Bu səbəbdən barəsində raport yazıb tədbir görülməsindən ötrü rəhbərliyə müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 30 avqust 2025-ci il tarixdə saat 10:00 radələrində Tərtər şəhəri H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 30 avqust 2025-ci il tarixdən saat 12:18-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-599/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-599/2025
30.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver